Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri sayılır - MÜNASİBƏT BİLDİRİLDİ"

Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri sayılır - MÜNASİBƏT BİLDİRİLDİ"

“Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunmasına, dini ibadət yerlərinin təmir və bərpasına xüsusi önəm verilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin, eləcə də birinci xanım Mehriban Əliyevanın fəaliyyətində dini, tarixi abidələrə diqqət və qayğı hər zaman ön sıralardadır: “Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri sayılır. Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Son illər Azərbaycanda yüzlərlə məscid inşa edilmişdir, bir çoxları yenidən təmir və bərpa edilir. Bu gün də bu siyasət uğurla davam etdirilir. Hesab edirəm ki, Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinin bu formada təmir və bərpası ölkə rəhbərliyinin dini abidələrimizə diqqət və qayğısının növbəti təzahürüdür. Bu məscid inşa olunmağa başlamışdı, amma yarımçıq qalmışdı. Uzun illər burada dindarlarımız çətin şəraitdə öz ibadətlərini yerinə yetirirdilər. Amma artıq məscidin bu formada təmiri və bərpası imkan verəcək ki, insanlarımız orada dini ibadətlərini normal qaydasında və vaxtına uyğun bir şəkildə yerinə yetirsinlər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə