MDB-nin dövlət başçılarının Zirvə görüşü mühüm əhəmiyyətə malikdir - POLİTOLOQ AÇIQLADI
"Müstəqil Dövlətlər Birliyi çərçivəsində dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilin sonuncu günlərində keçirilməsi müstəsna əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bir-birinə coğrafi baxımdan yaxın olan ölkələrin regional əməkdaşlıq perspektivləri, müxtəlif platformalar çərçivəsində görüşlərin həyata keçirilməsi və müxtəlif layihələrin reallaşdırması ilə bağlı razılaşmalar müstəsna əhəmiyyətə malikdir: "Düşünürəm ki, qarşıdan gələn 2022-ci il dünyada yeni münasibətlər sisteminin bərqərar olmasına səbəb olacaq. Nəzərə almaq lazımdır ki, bizim ölkədə Azərbaycanın qazandığı 44 günlük qələbədən sonra Zəngəzur dəhlizinin açılması, eyni zamanda Cənubi Qafqazda regional kommunikasiya dəhlizlərinin işə başlaması ilə bağlı razılıqlar əldə olunub. Bütövlükdə isə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də Azərbaycan-Türkmənistan-İran arasında üçtərəfli Qars sazişi imzalanmışdı. Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının Zirvə görüşü mühüm əhəmiyyətə malikdir. 2022-ci ildə Avrasiya regionunda iqtisadi və siyasi əməkdaşlıq daha da gərginləşəcək. Düşünürəm ki, bu, xüsusilə regional əməkdaşlıqların və birliklərin siyasi təsir gücünün daha da artması ilə xarekterizə olunacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB