"Yurdda sülh, cahanda sülh"
M.K.Atatürk
Azərbaycanın çoxəsrlik tarixində qəhrəmanlıq dolu şanlı səhifələrə çox rast gəlmək olur. İstər bütövlükdə xalqımızın, istərsə də ayrı-ayrı şəxsiyyətlərin göstərmiş olduğu qürurverici hadisələr əsrlərin süzgəcindən keçərək qan yaddaşımızda silinməz izlər buraxmışdır. Məhz bu qürurverici tarixi hadisələrin hər biri bu gün də mənsub olduğumuz əziz millətimizin dillər əzbəridir. Etiraf etməliyik ki, minilliklərdən gələn tariximizdə heç bir şərəfli tarixi hadisəni və ya tarixi şəxsiyyəti 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə və ya bu Zəfəri qazanan Müzəffər Milli Ordumuz, Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz, Möhtərəm Cənab İlham Əliyevlə müqayisə edə bilək. Prezident İlham Əliyev bir fenomendir. O, Qurucu, İslahatçı, Yenilikci Dövlət Başçısı, Qarabağ Fatehi və xalqının sevilən, əvəzolunmaz LİDERİDİR. Cənab İlham Əliyev iki minilliyin qovşağında, qloballaşan dünyada, qlobal təhlükələrin tuğyan etdiyi dövrdə, imperialist güclər tərəfindən Azərbaycana və Türkiyəyə qarşı qurulmuş və iki əsrdən çox yaşı olan erməni vandalizmini darmadağın edən Xalq Qəhrəmanıdır. Möhtərəm Cənab Prezidentimizin fəaliyyətindən danışarkən Onun 2003-cü ildən olan fəaliyyəti haqqında danışılır. Çox vacib məqamlardan olan Ulu Öndərimizin başladığı neft siyasətinin uğurla həyata keçirilməsində o zaman Dövlət Neft Şirkətinin Birinci Vitse-Prezidenti olan Möhtərəm Cənab İlham Əliyevin əvəzsiz xidmətlərini də qeyd etməliyik. Məhz bu misilsiz fəaliyyətin nəticəsidir ki, Prezidentimizin bütün xarici səfərlərində olduğu kimi, bugünlərdə Brüssel səfəri çərçivəsindəki bütün görüşlərdə, iclaslarda çıxışlar zamanı, eləcə də qəbul edilən sənədlərdə ölkəmizin Avropanın enerji təhlükəsizliyində əsas təminatçılardan olduğu xüsusi vurğulandı. Eyni zamanda, gələcəkdə Avrasiyanın nəqliyyat loqistik habı olacaq ölkəmizin bu sahədə insanlığa vermiş olduğu töhfələr qeyd edilərək, möhtərəm Prezidentimizin şəxsində Azərbaycan etibarlı tərəfdaş ölkə kimi qəbul edilir. Bütün bunlar hər bir azərbaycanlının qürur mənbəyidir. BMT TŞ-nın yarandığı gündən bugünədək heç bir dövlət 155 səslə TŞ-nın keçici üzv seçilməyibdir. 22 illik müstəqillik tarixi olan Azərbaycan dövlətinin BMT-yə üzv ölkələrin mütləq əksəriyyətinin səsilə bu pozisiyaya seçilməsini Cənab İlham Əliyev diplomatiyasının təntənəsi adlandırmaq olar. Və ya 120 yaxın ölkənin üzv olduğu Qoşulmama Hərəkatına ölkəmizin qısa müddətdə üzv olmağına baxmayaraq, beynəlxalq aləmdə müsbət mənada böyük əks-səda verən uğurlar məhz Prezident İlham Əliyevin ədalətli, müdrik və uzaqgörən diplomatiyasının nəticəsidir. Bəli, Cənab İlham Əliyev üçüncü minilliyin çağırışlarına cavab verən bir Fenomendir. O təkcə öz ölkəsi və xalqı üçün deyil, həm də bölgə üçün, Avrasiya üçün bir Fenomendir. 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan kapitulyasiya aktına imza atan kimi Müzəffər Ali Baş Kamandanımız dünyaya "Biz torpaqlarımızı işğaldan azad etdik, təcavüzə son qoyduq, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Biz bölgədə dayanıqlı sülh və inkişaf üçün yeni səhifə açırıq" – deyə bildirdi. Bəli, bu fikirlərdə bir daha Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin, Müzəffər Ali Baş Komandanımızın sülh naminə savaş etməsini dərk edirik. Bu mənada Onun yaşadığımız bölgədə sülh və inkişaf məramlı yeni səhfənin açılmasını Böyük Öndər Atatürkün sözləri ilə "Yurdda sülh və cahanda sülh" sözləri ilə ifadə etsək yerinə düşər. 44 günlük müharibədən sonra Müzəffər Ali Baş Komandanımız Möhtərəm Cənab İlham Əliyev çıxışlarında bir neçə dəfə səsləndiribdir ki, o çox xoşbəxtdir ki, ATA vəsiyyətini yerinə yetiribdir. Cənab Prezident, Siz təkcə ATA vəsiyyətini, Millət Atası olan Ulu Öndərimizin vəsiyyətini yerinə yetirmədiz. Siz həm də onilliklər boyu erməni faşizminin qurbanı olmuş və hazırda haqq dünyasında olan baba və nənələrimizin, bacı-qardaşlarımızın, həmvətənlərimizin və soydaşlarımızın da niskilli arzu və xəyallarını gerçəkləşdirdiniz. Son olaraq, Möhtərəm Prezidentimiz, bu yazını xalqımız üçün çox əlamətdar bir gündə qələmə alıram. Bu gün millətimizi və hər birimizi əbədi şərəfləndirən, bayrağımızı daha da ucaldan, dövlətimizin nüfuzunu daha da artıran əziz Prezidentimiz, Möhtərəm Cənab İlham Əliyevin yubiley günüdür. Möhtərəm Cənab Prezident, bəlkə də elə bir dövlət adamı yoxdur ki, öz yubileyinə Sizin kimi qürurlu, başı uca, alnıaçıq, şərəflə qədəm qoysun. Siz yubiley hədiyyənizi də özünüz qazandız, vətənpərvərliyinizlə, xalqımıza olan sonsuz sevginizlə, yenilməzliyiniz və məğlubedilməzliyinizlə, ədalətinizlə, qətiyyətinizlə, müdrikliyiniz və uzaqgörənliyinizlə ZƏFƏR adlı hədiyyəni və milyonlarla insanın qəlbində tükənməz məhəbbət qazandız. Yubileyiniz mübarək, Cənab Prezident. Allah Sizi və ailənizi qorusun. Amin!
Məlahət İbrahimqızı
Millət vəkili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB