Amerikalı politoloq: “Brüssel görüşü Soçi sammitində əldə olunan razılaşmaları daha da gücləndirdi” - MÜSAHİBƏ

Amerikalı politoloq: “Brüssel görüşü Soçi sammitində əldə olunan razılaşmaları daha da gücləndirdi” - MÜSAHİBƏ

Amerikalı politoloq, Amerika siyasi xidmətinin direktoru Ceyson Smart Brüssel sammitinin nəticələri ilə bağlı “Caliber” analitik mərkəzinə müsahibəsində maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.

- Şərq Tərəfdaşlığı sammiti fonunda Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın Aİ ilə münasibətlərini inkişaf etməkdə olan kimi qiymətləndirirəm. Aİ çərçivələr üzərində həm işləyir, həm də işi qiymətləndirir: onlar digər ölkələrlə müəyyən təmas nöqtələrinə- ticarətə, dövlətlərarası siyasi və iqtisadi əlaqələrə, sosial islahatlara diqqət yetirirlər. Azərbaycanın timsalında onların bu əlaqələrin dəstəklənməsi üçün vacib olan prioritet sektorları da vurğulanıb.

- Sizcə, Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridirmi?

- Mən bunu mühüm ikitərəfli əlaqələr adlandırardım. İqtisadiyyat baxımından bu, ilk növbədə, Aİ-dən investisiya sektoru və bazar, Azərbaycandan isə enerji və ixrac sektoru, yəni, neftdir. Vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq da mühüm elementdir. Bu, hər iki tərəf üçün faydalıdır.

- Azərbaycan 2009-cu ildən “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Sizcə, bu proqrama üzvlük Azərbaycana nə verir?

- Bu cür tərəfdaşlıq sazişləri həmişə sabitləşmənin əlavə üsuludur- maliyyə və sosial. Şərq Tərəfdaşlığına üzv dövlətlər üçün nəzərdə tutulmuş ümumi vektorlar resursların maksimum səmərəliliyini və birgə işdən, kobud desək, səmərəliliyini təmin etmək üçün düzgün axınlara yönəldilməsinə kömək edir.

- Azərbaycan və Ermənistan liderləri noyabrda Soçidə, bu həftə isə Brüsseldə görüşdülər. Sizcə, hansı görüş daha təsirli oldu?

- Strateji baxımdan hər iki görüş vacibdir: Soçi görüşü regionda gərginliyin aradan qaldırılması üçün gələcək fəaliyyətlər üçün əsaslı zəmin yaratdı, Brüssel görüşü isə razılaşmaları gücləndirdi və konkretləşdirdi. Rəsmi Bakının dayanıqlı sülhə nail olmaq olan prioritetinə əməl etməsi, o cümlədən beynəlxalq ictimaiyyət üçün çox əlamətdardır.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə