"Əsrin müqaviləsi" güc balansını Azərbaycanın xeyrinə dəyişdi"- - POLİTOLOQ ŞƏRH ETDİ
“Heydər Əliyevin xarici siyasət prinsipi Azərbaycanın düşdüyü vəzityyətdən xilas edilməsi, beynəlxalq münasibətlərinin qurulmasında əhəmiyyətli rol oynadı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
.jpg)
“Çünki, 90-cı illərin əvvəllərində Ermənistanın təcavüzü ilə üzləşən Azərbaycanda mövcud hakimiyyət digər ölkələrlə münasibətlərin qurulmasınmda da problemlər yaşayırdı, xüsusilə region ölkələri ilə qarşıdurma xəttini seçmişdi. Bu, həm müharibənin nəticəsinə təsir edirdi, həm də Azərbaycanın gələcək mövcudluğuna risklər yaradırdı. Heydər Əliyev məhz bu tarixi yanlışı düzəltdi. Region ölkələri, o cümlədən, uzaq Qərbdə ABŞ-dan başlayaraq, Uzaq Şərqdə Çinə qədər bütün ölkələrlə ikitərəfli münasibətləri qurdu. Bu siyasət Azərbaycan torpaqlarının işğal edildiyi faktının beynəlxalq ictimaiyyətə çatrıdılmasında da mühüm rol oynadı. Bu gün Azərbaycanın beynəlxalq nüfuzununun təməlini Heydər Əliyev məhz hakimiyyətə qayıdışından sonra tətbiq etdiyi xarici siyasət doktrinası ilə qoyub. Ən böyük uğurlardan biri isə Əsrin müqaviləsinin imzalanması idi. Bu müqavilə həm də Qarabağ məsələsində güc balansının Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu. Nəticə etibarilə, Azərbaycan Vətən müharibəsi apararaq, torpaqlarını işğaldan azad edə biləcək qədər güclü dövlətə çevrildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB