Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 gün - HƏRBİ EKSPERT AÇIQLADI

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demək olar ki, bütün irimiqyaslı təlimlərin planını şəxsən özü təsdiq edib. Bu da onu göstərir ki, Ali Baş Komandan Silahlı Qüvvələrimizin daim yanında olub". Bu sözləri SİA-ya açıqlamasında hərbi eskpert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusunun hərbi hissələri ən müasir hərbi şəhərciklərlə təmin olunub: "Azərbaycan zabitlərinə və şəxsi heyətin ailələrinə hər il demək olar ki, yaşayış üçün evlər ayrılır. Bütün bunlar kompleks şəkildə Azərbaycan Ordusunun inkişafına gətirib çıxardır. Hətta Azərbaycan Ordusunun artıq döyüş hazırlığı sistemində post-sovet məkanında döyüş hazırlığı ilə ən çox məşğul olan ordu sayılır. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti artıq 27 sentyabr hadisələrini Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazdı. 44 günlük müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın məhz bir sərkərdə kimi də məharətini gördük. Bütün qərarları şəxsən özü bir mərkəzdən idarə edərək, bütün istiqamətləri tam şəkildə bir sərkərdə kimi incələyərək ən uğurlu, əlverişli, itkilərə az gətirə biləcək istiqamətləri seçərək nəticədə döyüşü qələbə ilə sonlandırdı".

Şair Ramaldanov sözlərinə davam edərək həmçinin qeyd edib ki, Ali Baş Komandan Azərbaycan torpaqlarının işğaldan azad edilməsini ən prioritet məsələlərdən hesab edərək Azərbaycan Ordusunu məhz bu hədəfə nail olması üçün inkişaf etdirmişdir: "Cənab Prezident hələ müharibə zamanı verdiyi bütün müsahibələrində Azərbaycanın iradəsini, Ali Baş Komandanın qətiyyətini və Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdi. Azərbaycan Ordusunun bu haqq işinin zəfər ilə nəticələnməsi məhz regionda sülhə yönəlib. Müharibədən sonra da Azərbaycan Respublikasının Prezidenti bundan sonra da Azərbaycan Ordusunun ən müasir silahlar ilə silahlanmasını və inkişaf etməsini təmin edəcəyi haqqında dəfələrlə fikirlərini söyləyib. Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusunun inkişafı işğala yox, ancaq sülhə yönəlmiş və sülhü qorumaq üçün inkişaf etmişdir. Düşünürəm ki, cənab Prezidentin 60 illik yubileyini bütün xalq böyük bir ruh yüksəkliyi ilə qeyd edəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə