Erməni bloger Nairi: “Erməni komandirlər qəbirlərdə qızıl diş axtarırdılar” DƏHŞƏT
Ermənistandan Noderlanda köçmüş erməni blogeri, tərcüməçisi və publisisti Nairi Axverdi özünün “Tvitter” səhifəsində İrəvanın işğalçı və təcavüzkar siyasəti barədə yazıb. O, erməni səhra komandirlərinin və silahlılarının Birinci Qarabağ müharibəsində törətdikləri vəhşilikləri barədə ifşalar edib. SİA-nın verdiyi xəbərə görə, Nairi qeyd edib ki, erməni komandirləri qızıl diş axtarışı üçün azərbaycanlıların qəbirlərini açmaq və dağıtmaq əmrlərini veriblər. Onun sözlərinə görə, Ermənistanın liderləri erməni ictimaiyyətini güclü şəkildə aldadaraq bu gün sadə xalqın əziyyət çəkməsinə səbəb olublar.
“Bizim liderlər bizi aldadıb. Bu, 7 rayonun etnik təmizlənməsindən bixəbər olan, kobudluq üzərində tərbiyə almış bir çox gənc erməniləri silkələyib və bu tarix asanlıqla azadlıq şüarları altındakı yalançı vətənpərvərliklərlə gizlədilib”, deyə Nairi Axverdi bildirib.
“Birinci Qarabağ müharibəsində döyüşmüş ermənilər tez-tez nələrdən keçdiklərini etiraf edirlər. Bir veteran mənə danışıb ki, onun komandiri azərbaycanlıların qəbirlərini qazıb, qızıl diş axtarmağımı əmr edib. O bildirib ki, komandirin acgözlüyünü və döyüş yoldaşlarının əməllərini dəhşətə gələrək izləyib”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə