Əli Əliyevin Azərbaycanın uğurlarına qarayaxma kampaniyası... ŞƏRH
Ucuz reklamla dividend qazanmağa çalışan belə “siyasətçilər”in yeri tarixin arxividir
Son vaxtlar sosial şəbəkələrdən siyasi kapital toplamaq və ucuz reklamla dividend qazanmağa çalışan VİP sədri Əli Əliyev kimi “siyasətçilər” üçün milli maraqları arxa plana keçirməkdən belə utanıb qızarmırlar. Bu ünsürlər 30 il bundan əvvəlki dövrün nostalgiyası ilə yaşayaraq düşünürlər ki, belə ucuz yollarla xalqın dəstəyini qazanacaq, illərdir arzusunda olduqları hakimiyyəti ələ keçirə biləcəklər. Ən qəribəsi və təəccüblüsü budur ki, belələri qaranlıq keçmişlərini unudaraq xəyallar aləminə səyahət edirlər. O cümlədən Əli Əliyev kimilər ucuz reklama üstünlük verib, “mən də varam” iddiası ilə Azərbaycanın uğurlarına qarayaxma etməklə məşğuldurlar. Çünki dövr, zaman, ən əsası insanların düşüncələri dəyişsə də, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Hacılı və bu kimi ermənixislətli məhfumların dəyişməyən düşüncələri elə tarixin zibilxanalarında eşələnməklə məşğuldurlar. Şəxsi ambisiyalarının girovuna çevrilən üzdəniraq özünü “dahi siyasətçi” qiyafəsində görən Əli Əliyev heç vaxt bacarmadığı və bundan sonra da bacarmayacağı siyasətlə məşğul olması gülüncdür. Bu, o Əli Əliyevdir ki, Etibar Məmmədovun qohumu olduğu üçün siyasətə atılan bu “dovşan həkimi” ailə həyatında, qohumluq əlaqələrində etdiyi rəzilliklər kimi, təmsil olunduğu partiyanı da intriqa, hərc-mərclik yuvasına çevirdiyi üçün bir vaxtlar sədri olduğu AMİP-dən qovulub. Bu, o Əli Əliyevdir ki, özünün kimliyindən “xəbərsiz” olsa da, xalq onun keçmişinə yaxşı bələddir. O da bəllidir ki, layiq olmadığı iddiaya düşərək parlament seçkilərinə qatılsa da, seçicilərin heç 1 faizinin belə səsini qazanmamasından dərs almayan Əli Əliyev kimi avantüristlərin millət vəkili olmaq xülyasına düşmələri onların simasızlıqlarının aydın ifadəsi olmasıdır.
Məqsəd balans yaratmaq deyil, Azərbaycan qarşısında revanş götürməkdir
Və bu gün Əli Əliyev kimilər özünü "siyasətçi" adlandırmaqla populizmlə məşğuldur və onun siyasi fəaliyyətində dövlətə, xalqa, dövlətçilik maraqlarına qarşı aşkar xəyanətin reallıqları görünməkdədir. Axı necə ola bilər ki, bu gün iqtisadi tənəzzül, siyasi böhran içində boğulan, məhv olan Ermənistanın bir sıra ictimai-siyasi dairələri, hətta düşmən olduqlarına rəğmən, Azərbaycan qarşısında rüsvayçı məğlubiyyətə uğradığını etiraf edir, amma Əli Əliyev kimi siyasət həvəskarları isə Şanlı Qələbəmizi kölgə altında qoymağa cəhdlər göstərirlər? Bu faktın özü bilavasitə düşmən dəyirmanına su tökmək deyilmi? Əli Əliyevin qaragüruhçuluğu artıq tarixin arxivinə atılmış lazımsız bir əşya xarakteri daşımaqdadır. Əgər oxucularımızın xatirindədirsə, pandemiya ilə mübarizəyə başlayan ilk vaxtlarda da “VİP” sədri özünü dağa-daşa vurmaqla isterik davranışları ilə gündəmdə qalmağı düşünürdü. Amma nə oldu? Ölkədə pandemiya ilə mübarizədə kifayət qədər uğurlar əldə olundu və ümumilikdə ümumbəşəri bəlaya çevrilən koronavirusun vurduğu fəsadlara görə ağlına gələni danışdı. Lakin bu oyunbazlıqları da nəticəsiz qaldı. Həmçinin, ötən ilin 27 sentyabrında başladılan və qələbəmizlə başa çatdırılan 44 günlük Vətən müharibəsindən sonra isə biz yenidən ortalığa düşən Əli Əliyevə əsassız iddiaları ilə normal düşüncəli cəmiyyət qarşısında xal toplamağa çalışmaqla, açıq-aşkar düşmənçilik mövqeyini nümayiş etdirdi. Amma əlbəttə ki, Azərbaycan xalqı kimin-kim olduğunu çox gözəl bilir və dərk edir. Xalqımız uzun illər arzu etdiyi ən böyük məqsədinə nail oldu. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız işğaldan azad olunub. Azərbaycanın Müzəffər Ordusu şanlı tarix yazdı. Bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıyır.
Ancaq Azərbaycanı istəməyən xarici qüvvələr və onların dəyirmanlarına su tökən, daxilimizdəki Əli Əliyev kimi antimilli qüvvələr Azərbaycanın əldə etdiyi bu uğurları qəbul edə bilmirlər, bununla heç cürə barışa bilmirlər. Artıq onların gücü ancaq sosial şəbəkələrdə izləyicilərini yalan və böhtanlarla dolu, təstiqini tapmayan məlumatlarla manipulyasiya etməyə çatır.
Əliyar Şirməmmədov: “Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir”
Göründüyü kimi, haqq nazilər, amma üzülməz. Gec-tez həqiqət üzə çıxır. Bu günlərdə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Əliyar Şirməmmədov Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasından və partiya üzvlüyündən istefa verməsi ilə bağlı səbəbləri mətbuatda açıqlayaraq bildirib ki, VİP sədri Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir. O qeyd edib ki, siyasi baxışlarının düzgün gəlməməsi və mənəm-mənəmliyi partiyadan istefa verməsinə səbəbə olub. Əli Əliyevin xain və diktator mahiyyəti balaca uşaq kimi küncə qoyulmalarına səbəb olub. Qeyd edib ki, Əli Əliyevin hakimiyyət hərisliyindən, kreslo sevdasından doğan aqressiv davranışları, radikal çıxışları, xüsusilə də xalq dəstəyinin olmaması onun diktator mahiyyətini ortaya çıxarır. Əli Əliyev vəziyyəti görün hansı həddə çatdırıb ki, 30 illik dost olmuş şəxs onunla yollarını ayırmaq məcburiyyətində qalıb. Belə olan halda bu partiyada sıravi üzv olan şəxslərin vəziyyətini, onların üzləşdikləri problemləri təsəvvür etmək heç də çətin deyil. Bu hal Əli Əliyevin kiçik bir partiyanın belə idarə edilməsində səriştəsiz biri olduğunu deməyə əsas verir və onun fiaskoya uğradığını göstərir. Və müavinin istefa verməsi özünü demokrat, azad söz, şəffaflıq tərəfdarı kimi qələmə verən Əli Əliyevin eyni zamanda ifşası oldu. Və bu gün yaranmış vəziyyət onu sübut edir ki, siyasi fəaliyyətdən başqa bütün qeyri-ciddi və rasional olmayan işlərlə məşğul olan diktator Əli Əliyev “portfel partiyasını” qapatsın. Çünki həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Və qaragüruhun daha bir öndə gedəni Əli Əliyev kimi avantürist riyakarlar anlamırlar ki, dünya inkişaf edir.
Bir sözlə, Əli Əliyev kimi ünsürlərin sosial şəbəkələrdə paylaşımları onların xarici himayədarlarından aldıqları sifarişlərin təqdimatıdır. Xalqa deyil, xarici anti-Azərbaycan dairələrə arxalanan, onların ssenariləri əsasında durub oturan belələrindən ölkəmiz haqqında müsbət fikir gözləmək sadəlövhlük olar. Xalq onlara lazım olan dəyəri verib - tarixin zibilliyi. Bu qiymətdən dərs almaq əvəzinə, daha da anti-Azərbaycan təbliğatı aparmaq sağalmaz xəstəliklərinə işarədir. Həmçinin, bu xəstəliyin adı xəyanətkarlıq, mənəviyyatın itirilməsi, ən əsası satqınlıqdır. Bax, budur istər Əli Əliyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Vidadi İskəndərli, Sevinc Osmanqızı və ....kimi iblis xislətlilərin niyyəti. Ancaq çi fayda ki, onların bu istəyilə bir nəticə verməyəcək. Çünki satqınçılıq və xəyanətin ömrü az olur. Məgər bu reallıq dəfələrlə təsdiqini tapmayıbmı?
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB