YAP Qax rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin oxuduğu məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri Qax rayonu Şotavar kənd sakini şəhid Musayev Sahib Musa oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra partiya fəalları şəhidimizin ailəsinə baş çəkərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB