"Dirçəliş Günü digər dövlətlərin də azadlıq mübarizəsinə öz töhfəsini verdi" - DEPUTAT ŞƏRH ETDİ
“1988-ci ildən Qarabağ Hərəkatı başladı. Bizim soydaşlarımızı Ermənistandan qovmağa başladılar. İnsanlar çox ciddi maddi, mənəvi, psixoloji zərbələr aldılar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, baş verən proseslər nəticəsində ümumiyyətlə Qarabağ üzərində Azərbaycanın istiqlaliyyət savaşı da başlamış oldu: “Bu nöqteyi-nəzərdən əlbəttə ki, bunlar meydan hərəkatları ilə müşaiət olunurdu. Azadlıq meydanı insanlarla coşub-daşırdı. Eyni zamanda respublikanın rayon və şəhərlərində də həmin meydan hərəkatını müdafiə edən mitinqlər keçirildi. Təbii ki, 17 noyabr tarixində Azadlıq meydanında hərəkatın əsasını yaratdı. Hesab edirəm ki, müəyyən çatışmazlıqların olmasına baxmayaraq bu hərəkat doğurdan da millətin dirçəlişində xüsusi rol oynadı. Nəticə etibarilə milli özünüdərk, milli kimlik şüuru möhkəmləndi. Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti ondan ibarətdir ki, xalq geri durmadı. Özünün azadlığı uğrunda, ərazinin bütövlüyü uğrunda, erməni faşizminə qarşı mübarizə göstərdi. Bugünün əhəmiyyəti bizim üçün çox böyükdür. Həmin gün SSR-nin rəhbərliyi zor güclə meydanı dağıtdılar. Xalqımız üçün çox böyük çətinliklər yaratdılar. Onlar heç cür qəbul edə bilmirlər ki, müsəlman xalqının içərisində belə əhval-ruhiyyə var. Ona görə də Milli Dirçəliş Günü digər dövlətlərin də azadlıq mübarizəsinə öz töhfəsini verdi”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB