"Burada Amerikanın özünün müəyyən maraqları var" - MÜNASİBƏT BİLDİRİLDİ
“Amerika Birləşmiş Ştatlarında keçirilən “Demokratiya sammiti”ndə Türkiyə, Azərbaycan və Macarıstana dəvət göndərilməməsi, əlbəttə, ikili standart siyasətinin nümayişidir və o Amerika demokratiyasına üzağlığı gətirmir" Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev bildirib.
Onun sözlərinə görə, burada Amerikanın özünün müəyyən maraqları var, eyni zamanda bəzi ermənipərəst lobbi qüvvələrin də rolu var: "Amma bunu bütövlüklə Amerika dövlətinin Azərbaycana, Türkiyəyə və Macarıstana mübasibətinin aparıcı bir xətti kimi qəbul etmək də lazım deyil. “Demokratiya sammiti”nə dəvət etmədilər amma biz böyük Türk Dövlətləri birliyini yaratdıq, Türk Dövlətləri Təşkilatında artıq Azərbaycan, Türkiyə və Macarıstan da orada təmsil olunur. Hesab edirəm ki, bu çox böyük bir nailiyyətdir və həmin birliyinin də ilk ən böyük mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi və mükafatı bütün türk dövlətlərinin prezidentlərinin imzalaması da bir böyük türk birliyinin gələcəyindən xəbər verən addımlardandır. Eyni zamanda mükafatın təqdim olunması zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev haqqında söylədiyi fikirlər də şübhəsiz ki, Türk Dünya birliyində, o cümlədən də Amerikada təhlil olunacaq və Azərbaycanın regionda nə qədər böyük nüfuz və söz sahibi olmasından xəbər verir. Eyni zamanda əgər Ermənistanın dəvət olunan bir tədbirə Azərbaycanın dəvət olunmamasını biz Ermənistan üçün böyük bir divident hesab etməli deyilik. Çünki Amerikadakı müəyyən qüvvələr də erməni diasporunun təsiri altındadı. Fransada müəyyən qüvvələr erməni diasporunun təsiri altındadır və Ermənistanın hər hansı bir tədbirə dəvəti təskinlikdən başqa bir şey verməyəcək. Hesab edirəm ki, biz bundan sonra da belə addımların olacağını gözləməliyik və buna heç də təəccüblənməməliyik. Çünki artıq Azərbaycan və Türkiyənin birgə fəaliyyəti xüsusən 44 günlük müharibə və ondan sonrakı dövrdə bütün regionun mənzərəsini dəyişdi. Artıq bu Türkiyəni və Azərbaycanı Qafqaz regionunun və ətraf bölgələrin söz sahibi olan aparıcı dövlətinə çevirmiş oldu. Ola bilər ki, bu məsələ də öz təsirini göstərir amma mən yenə də deyirəm ki, bunu bütövlüklə Amerika siyasətinin Türkiyə və Azərbaycana münasibətin ifadəsi kimi də qəbul etmək doğru deyil və bu keçici bir addımdır. Hesab edirəm ki, istər Amerika olsun, istər başqa güc sahibi olan dövlətlər olsun Azərbaycanın və Türkiyənin gücü ilə hesablaşmalıdırlar və regionda bu iki dövlətin müsbət fikiri olmadan hər hansı bir tədbirin həyata keçirilməsini də mümkünsüz sayırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB