Biz sülh müqaviləsi imzalamaqla regionda sülhü təmin edə bilərik - Hikmət Hacıyev
Azərbaycan torpaqları işğalda idi, ancaq artıq bütün bunlar dəyişib, Azərbaycan uğurlu əməliyyatı nəticəsində erməniləri sülhə məcbur etdi və öz ərazi bütövlüyünü təmin etdi.
SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qlobal Bakı Forumunda panel müzakirələri zaman çıxışında deyib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib:"Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etməyə nail oldu. Hazırda nəqliyyat infrastrukturnun, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində çalışırıq. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasında iddialıyıq".
H.Hacıyev bildirib ki, işğal altında olduğu dövrdə Azərbaycan əraziləri tamamilə dağıdılıb: “Biz dağıntılar gözləyirdik, amma bu qədər acınacaqlı olacağını düşünmürdük. Ağdam Xirosimaya bənzəyir. 30 il Ermənistan üçün əbəs yerə gedən bir dövr olub. İndi vəziyyətin dəyişdirilməsi lazımdır. Azərbaycan buna hazırdır, əgər biz regionda vəziyyəti dəyişdirsək, sülhü bərqərar etsək bundan bütün region ölkələri bəhrələnəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB