"Biz fəxr edirik ki, Azərbaycanlıyıq!" - DEPUTAT FİKİR BİLDİRDİ

"Zəfər bayramı digər bayramlarla müqayisədə, bəlkə də, ən önəmli bayramlardan biridir. Mən bu cür düşünürəm". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, bu Azərbaycan tarixinə şanlı, qızıl hərflərlə yazılan bir bayramdır. Bu bizim fəxr günümüzdür. Biz cənab Prezidentimiz ilə, ordumuz ilə fəxr edirik. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan xalqı şəhidlərinin qanını yerdə qoymadı. Azərbaycan dünyanın həll etmədiyi məsələləri həll etdi. Bununla da, digər ölkələrə nümunə oldu.

Rüfət Quliyev bu barədə fikrini belə izah edib: "Bizi xeyli ölkələr bu haqq işimizdə dəstəklədi. İndinin özündə də Türkiyə, Pakistan və başqa ölkələr dəstəklərini davam etdirir. Həmçinin, ukraynalılar bizə dəstəklərini davam etdirir. Bu gün mənim də qatıldığım tədbirdə ukraynalı nümayəndələr bizim haqq işimiz ilə bağlı özlərinin ən yüksək fikirlərini açıqladılar.

Biz bu gün bütün dünyada alnı açıq və fəxarətliyik. Ali Baş Komandanımızın və qəhrəman ordumuzun sayəsində biz bu günlərdə tariximizin ən şanlı dövrünü yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycanlıyıq!".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə