Zülfiyyə Nuriyeva: “VIII Qlobal Forumu bir dah dünyanın diqqətini Azərbaycana yönəltdi”
“Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması, bunun dahi şairə hörmətin nümunəsidir. 8 noyabr Zəfər Günü ərəfəsində Bakı şəhərində VIII Qlobal Baku Forumunun keçirilməsi mühüm əhəmiyyət daşıyır. Artıq beynəlxalq aləmin tolerant ölkə kimi tanınan Azərbaycana olan diqqəti və strateji tərəfdaşlıq maraqları artmaqdadır”. Bunu SİA-ya açıqlamsında QHT sədri Zülfiyyə Nuriyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya pozitiv nümunə təqdim etdi: “Ölkəmizdə nümunəvi karantin qaydalarının tətbiq edilməsi, modul tipli xəstəxanaların açılması, vətəndaşlara dövlətin diqqət və qayğısı, virusdan ölüm hallarının az olması, ÜST-ə Azərbaycanın maliyyə dəstəyi, 3-cü dövlətlərə vaksin, ərzaq, tibbi ləvazimat yardımları göstərməsi, Azərbaycanın mükəmmək mənəvi dəyərlərə sahib olmasından, digər dinlərə etimadından, sülhsevər, dostluq tərəfdarı olmasından irəli gəlir: “Dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama hərəkatına rəhbərlik etməklə dünyada və regionda sülhün, barışın, qarşılıqlı əməkdaşlığın tərəfdarı olduğunu çıxışlarında vurğulayıb. Azərbaycan digər xalqlara və dövlətlərə qarşı hörmət nümunəsi olub. Pandemiyanın tüğyan etdiyi dövrə təsadüf edən 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz tarixi, əzəli torpaqlarımızın azadlığı uğrunda savaşa qalxdı. Azərbaycan eyni vaxtda həm dünyanı cənginə alan pandemiyaya, həm də 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan ordusuna qarşı mübarizə apardı.
Azərbaycan dünya tarixində işğal edilmiş ərazilərini geri qaytaran və bununla da hərb tarixinə adını qızıl hərflərlə yazan dövlət oldu.
Ali Baş Komandan Cənab İlham Əliyevin "Dəmir yumruq" siyasəti, Müzəffər Azərbaycan Ordusunun və Güclü Azərbaycan Xalqının birliyi sayəsində Qarabağ Azərbaycandır!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB