"Forum haqq səsimizin dünyaya çatdırılması baxımdan önəmli olacaq" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Forum haqq səsimizin dünyaya çatdırılması baxımdan önəmli olacaq" - DEPUTAT MÖVQE BİLDİRDİ

"4-6 noyabr tarixlərində Bakıda növbəti dəfə böyük bir tədbirin keçirilməsi nəzərdə tutulub. Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Forumu keçiriləcək. Bu günə kimi 2013-cü ildən başlanan bu forum 7 dəfə keçirilmişdir. Forumda müxtəlif məsələlər müzakirə olunmuşdur. Nəzərə alsaq ki, bu forumlarda məhz indi fəaliyyətdə olan dövlət və hökumət başçıları da müəyyən dərəcədə iştirak edir. Eyni zamanda bu forumların iştirakçıları, əsasən, artıq sabiq dövlət və hökumət başçılarıdır. Hansı ki, böyük siyasətdə onların bu gün də böyük rolu var". Bunu SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, əlbəttə, bu forumların keçirilməsi, xüsusən də, Bakıda keçirilməsi ölkəmiz üçün çox vacibdir.

Cavid Osmanov bu barədə fikirlərini belə izah edib: "Yeni baş tutacaq forumda "Covid-19-dan sonra yeni dünya nizamı", "yeni dünya iqtisadiyyatı", "əhalinin vaksinasiyası" və o cümlədən "Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" və digər mövzular müzakirə olunacaqdır. Nəzərə alsaq ki, Covid-19-la mübarizədə cənab Prezidentin təşəbbüsü ilə ilk dəfə beynəlxalq təşkilatlar səviyyəsində görüş keçirilib. İlk növbədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası daha sonra Qoşulmama Hərəkatının təmas xətti formatında cənab Prezidentin Covid-19 pandemiyası ilə mübarizə üçün görüş təklifi yekdilliklə qəbul edilib. Bakıda keçiriləcək bu dəfə ki, forum bu mövzuya həsr olunacaq və o cümlədən Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq üçün perspektivlər mövzusu müzakirə olunacaqdır. Bu həm də Azərbaycanın dünyada qlobal təhdidlərə qarşı rolunu əks etdirir. Digər bir tərəfdən də bu platforma ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibə nəticəsində azad edilmiş ərazilərin və bütövlükdə regionda əməkdaşlıq axtarışı və Azərbaycanın haqq səsinin bütün dünyaya bir daha çatdırılması baxımdan önəmli olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə