Qagik Melkonyan: “Onların Azərbaycan-Naxçıvan yolları olmalıdır”
Ermənistan parlamentinin “Vətəndaş sazişi” fraksiyasının üzvü Qagik Melkonyan inandırmağa çalışıb ki, yaxın günlərdə Moskvada rəsmi görüşlərin keçirilməsi planlaşdırılmır. Bütövlükdə görüşlərə gəldəndə onlar baş tutmalıdır, çünki sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məsələlər qalır. SİA xəbər verir ki, bu haqda “Joxovurd” yazır.
Deputat bildirib ki, Azərbaycan Ermənistan üzərindən Naxçıvana yol alacaq: “Biz bunu yol adlandırırıq, onlar isə dəhliz. Biz indi Qarabağa necə daxil olub və çıxırıq? Onlar da bu imkandan istifadə etməlidirlər, onların Azərbaycan-Naxçıvan yolları olmalıdır”.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB