Bu, hazırda Ermənistan üçün tarixi bir fürsətdir - DEPUTAT ŞƏRH ETDİ

“44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə Azərbaycan torpaqlarını erməni işğalından azad etdikdən sonra Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranıb. Bölgədə nəhayət dayanıqlı sülhü, təhlükəsizliyi təmin etmək üçün imkanlar əldə edilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirən dövlətimiz əslində öz güvənini artırmaqla yanaşı qonşu ölkələrin də sülh və əmin-amanlıq şəraitində yaşaması, iqtisadi dirçəlişə nail olmaları üçün geniş imkanlar təklif edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın təklifini düzgün dəyərləndirmək hazırda Ermənistan üçün tarixi bir fürsətdir, beləki öz işğalçı siyasəti ucbatından uzun illər iqtisadi blokadada olan Ermənistan nəhayət bu blokadadan çıxmaq, qonşu ölkələrlə normal münasibətlər formalaşdırmaq imkanı əldə edib: “Azərbaycan öz ali məqsədinə çatıb, torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü təmin edib. İndi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməli, həm Azərbaycan, həm də Türkiyəyə qarşı əsassız ərazi iddialarını birdəfəlik unudub, öz qonşuları ilə normnal əlaqələr qurmağa çalışmalıdır. Ermənistan bu yolda beynəlxalq hüququn bütün müddəalarına hörmət göstərilməli, işğalçılıq siyasətinin heç bir millətə fayda vermədiyini dərk edərək səmimi iradə ortaya qoyulmalıdır”.

S,Mikayılova vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın oktyabrın 26da Füzüli hava limanın açılışı və Zəngəzur dəhlizinin təməlqoyma mərasimindən sonra bəyan etdiyi kimi “Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, Türkiyə ilə də münasibətlərin normallaşması üçün əngəl qalmayacaq”: “Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddialarından birdəfəlik əl çəkməli, öz konstitusiyasında və hərbi doktrinasında bu cür iddiaları ifadə edən müddəalara dəyişikliklər etməlidir. Ermənistan anlamalıdır ki, dövlət sərhədləri müvafiq BMT sənədləri ilə təsbitini tapıb. Bu sərhədlərin pozulmasına istənilən cəhd beynəlxalq hüququn kobud pozulmasıdır, belə ki dövlətlərin suveren ərazisi toxunulmazdır. Ermənistan

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə