""Dəmir yumruq" hər zaman işə düşməyə hazırdır" - QHT RƏSMİSİ MÖVQE BİLDİRDİ

"Məlumdur ki, Ermənistanda müəyyən qüvvələr var ki, onlar Paşinyanın hakimiyyətdə olmasını, hakimiyyətdə möhkəmlənməsini, onun sülh müqaviləsini imzalanmasını istəmirlər". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, bu destruktiv qüvvələr, əsasən "Qarabağ klanı"na aid qüvvələrdir. Bunlar daima bugünkü vəziyyətdə özlərini revanşist qruplar adlandırırlar. Guya ki, onlar qüvvə toplayıb şərəfli Azərbaycan əsgərinin, şanlı ordumuzun, müzəffər Ali Baş Komandanın azad etdiyi hər hansı ərazini geri alacaqlar.

Rauf Zeyni bu barədə fikrini belə izah edib: "Bunlar hamısı cəfəngiyatdır, təxribatdır. Ümumiyyətlə, məqsəd gedən proseslərə mənfi təsir göstərməkdən ibarətdir. Zəngəzur dəhlizinin açılmasından, üçtərəfli bəyanatların həyata keçirilməsindən, bölgədə yeni tip əlaqələrin qurulmasından qorxurlar. Ona görə də daşnak düşüncələrindən əl çəkmək istəmirlər. Onlar düşünürlər ki, "dəmir yumruğu" bir dəfə yedilər. İndi özlərinə gələcəklər. Qoy, onlar unutmasın ki, "dəmir yumruq" hər zaman işə düşməyə hazırdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...