Vətəni, milləti satan radikallar hansı üzlə ədalətdən dəm vururlar? ŞƏRH

Vətəni, milləti satan radikallar hansı üzlə ədalətdən dəm vururlar? ŞƏRH

Deyir, satqın üçün hər şey - satılıq maldır. Xüsusilə də, 28 ildir ki, “müxalifətçiyəm”,-deyib duran, satqınlıq “emblemi” olan, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tutan satqınlar yuvası olan AXCP-“Milli Şura” öz “mübarizəsini” yalnız qara piar kampaniyaları əsasında qururlar. Onlar istər müxalif mətbuatında, istərsə də sosial şəbəkələrdə yalan rəqəmlərlə çıxış etməklə divident qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışır. Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudur, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq “dostluq sazişləri” bağlayır, ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illər uzunu planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər. Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq “planı” üzərində quran Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Leyla Yunus, Sevinc Osmanqızı, Vidadi İskəndərli bu kimi ünsürlər və onların ətrafı sosial şəbəkələrdə bu Qalib dövlətin uğurlarına gölgə salarkən niyə dönüb bir anlıq geriyə çevrilib hakimiyyətdə olduqları bir il müddətində xalqa, dövlətə qarşı hansı “oyunlar” oynadıqlarını xatırlamırlar. Çünki onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəyin dediyi fikir Əli Kərimli, İsa Qəmbər...kimilərin iç üzünü aydın göstərir. Mərhum Ə.Elçibəy demişdi: “Rüşvət alanda milyonlarla dollar alırsınız, o zaman alırsan heç olmasa yüz minlərlə yox, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...”. Və bu gün sosial şəbəkələrdə Vətənini, torpağını satılmağı və satmağı bacaran AXCP sədri Əli Kərimli, “Milli Şura” deyilən satqınlar yuvasına sədrlik edən, saçına, “başına” hörmət etməyən Cəmil Həsənli həyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada “təhlil” edərək bugünkü uğurlara kölgə salmağa çalışırlar. Və sosial şəbəkələrdə həyasızcasına “torpaq uğrunda” çağırışını edirlər. Bax, həyasızlıq budur.

44 günlük Qarabağ savaşı təkcə ölkənin zəif və güclü yerlərini yox, elə müxalifətin də sərhədlərini cızıb dəqiqləşdirdi, müəyyənləşdirdi

Bu, reallıqdır. Belə ki, bu savaşda üzə çıxdı hansı partiya sədrini səmimi şəkildə ölkənin taleyi düşündürür, kimi də yalnız hakimiyyət maraqlandırır. Dərdi-azarı nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək olanlar ilk vaxtlar ictimai qınaqdan çəkinib hakimiyyətə dəstək verdikləri görüntüsünü yaratsalar da, azacıq büdrəmə olan kimi, dərhal ardıcıl zərbələr endirməyə başladılar. Həmin qüvvələr üçün “rus sülhməramlıları” mövzusu bir dirçəliş idisə, daha sonra şəhid və qazi ailələrinin problemləri, ardınca da “Tərtər işi” hakimiyyətin uğurlarını gözdənsalma vasitəsinə çevrildi... Əlbəttə, mən demirəm ki, onlar bu problemləri qabartmamalı idilər. Və elə zənn etdilər ki, bu, “canıyananlıqdan”, “vətənpərvərlikdən” daha çox xeyir götürəcəklər. Ancan Azərbaycan xalqı 2003-cü il prezident seçkilərində etibar etdiyi liderinə səs verdi və düz 18 ildir ki xalqının etibarını qazanan, verdiyi sözünü əməli ilə nümayiş etdirən və 30 il torpaq, yurd həsrətində olanların niskinliyinə “dəmir siyasət” əməliyyatı ilə 44 gündə son qoyuldu. Böyük Həzrəti Əli isə qarışıq vaxtı məmləkətində fitnə salanları həmişə lənətləyərdi. Bu gün xalq Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Leyla Yunus, Sevinc Osmanqızı, Vidadi İskəndərli kimləri lənətləyir. Çünki 44 günlük savaş və ondan sonra yaşananlar hakimiyyətin də süzgəcindən keçdi və onlar qarşıdakı mərhələdə müxalif düşərgədən kimlərlə münasibəti necə quracaqlarını artıq tam dəqiqləşdirə bildilər. Son test isə Şuşa Bəyannaməsi ilə bağlı məlum bəyanat oldu. Və bu bəyanata imza atan bəzi müxalif partiyalarla hakimiyyət münasibətlərini bir daha AXCP-Müsavat niyyətini həyasızcasına aydın şəkildə xalqa, vətənə nə qədər düşmən mövqedədirlər. Və bu günə kimi 30 il yurd həsrətində olan xalqımıza hansı əsasla Vətən, millət, ədalətdən dəm vururlar?

Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır...

Ancaq bu gün bu həyasızlaşmış Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Leyla Yunus, Sevinc Osmanqızı, Vidadi İskəndərli kimi məhfumlar 30 il ərzində xəyanətkar, cinayətkar əməllərinin üstündən özləri xətt çəksə də, xalq bu tarixin şahididir. Dövlət başçımız dəfələrlə çıxışlarında, müraciətlərində, işğaldan azad olunmuş torpaqlara tarixi səfərləri zaman bildirib ki, bu gün işğaldan azad etdiyimiz torpaqları AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduqları dövrdə satıblar. Dövlət başçımız bildirib ki, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır: “Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar”.

Radikalların ermənisayağı vandal siyasəti....

Bu, aksiomadır. Əgər belə deyildisə, niyə İkinci Qarabağ müharibəsinin ilk başladığı gündən qələbə qazanmağımızı böyük sevinc və əhval-ruhiyyə ilə qeyd edən xalqımızın keçirdiyi yürüş zamanı AXCP-“Milli Şura”-Müsavat satqınları Milli Məclisin binasına hücum edərək vandal edərək öz xislətlərini bir daha göstərdilər. Bu, təəccüb də doğurmur. Azərbaycan xalqı onları yaxşı tanıyır. Ona görə bu tarixi hər kəs bilməlidir. Dövlət başçımızın dediyi kimi: “Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər. Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır”. Kimlərdir bunlar? Xalq düşmənləri! Çünki bu o kəslərdir ki, Azərbaycanın uğurlarını həzm edə bilmir, probdlemlərinə sevinirlər. Çünki bu onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Dövlət başçımızın dediyi kimi: “Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır”. Bəli, etdikləri cinayətləri unutmamalıdırlar, bu satqınlar. Çünki tarix unudulmur və xalq da unutmur onların əməllərini. Və bu gün sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi “siyasi mübarizə” adlandıraraq özlərini “əsl müxalifətçi” hesab edirlərsə, o zaman susmaq haraya qədər? Sözsüz ki, Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır. Bütün bunlardan sonra istər Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus və bu kimi satqınların Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?! Artıq bu sualın da cavabını hüquq-mühafizə orqanları versələr daha yaxşı olardı. Çünki bu məsələ get-gedə daha çox qabarmaqdadır... Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar öz layiqli cəzalarını almalıdırlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə