YAP Gənclər Birliyi “ZƏFƏR” Parlament Debatı Forumu təşkil edəcək

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizə həsr olunan “ZƏFƏR” Parlament Debatı Forumu keçiriləcək. Partiyanın mətbuat xidmətindən SİA-ya bildiriblər ki, forum çərçivəsində 100-dək gənc Qarabağa həsr olunan mövzu ətrafında debat yarışlarında iştirak etmək şansı qazanacaq. Bütün iştirakçılar turnirdən əvvəl Parlament Debat formatına uyğun olaraq xüsusi təlim prosesinə cəlb ediləcək.

Qeyd edək ki, layihə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Vətən müharibəsində Qələbəyə həsr edilən Parlament Debatı Forumunun iştirakçısı olmaq üçün fərdi qaydada və ya komanda şəklində (komanda 2 nəfərdən ibarət olmalıdır) qeydiyyatdan keçmək mümkündür.

Xatırladaq ki, oktyabrın 26-sı saat 12:00 müraciət üçün son tarixdir.

“ZƏFƏR” Parlament Debatı Forumuna qeydiyyat üçün keçid: https://forms.gle/cnn8GKkqDrDN599CA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...