"Xorvatiya ilə Azərbaycan arasında əməkdaşlıq imkanları çox genişdir" - Qordan Grliç Radman

"Xorvatiya ilə Azərbaycan arasında gözəl münasibətlər var və əməkdaşlıq imkanları çox genişdir". SİA xəbər verir ki, bunu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, koronavirusa qarşı mübarizədə və Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib.

Xorvatiyalı nazir Azərbaycana İKT və digər sahələrdə faydalı əməkdaşlıq təklif edəcəklərini bildirib: “Biz Xorvatiya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin də Xorvatiyada çalışmasında maraqlıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...