YAP Mərkəzi Aparatında konfrans keçirilir - YENİLƏNİR-FOTOLAR

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında YAP ilə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi birgə konfrans keçirilir. SİA xəbər verir ki, "Gender bərabərliyinin və qadın hüquqlarının təşvuqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açıb. Mərkəzi Aparatın rəhbəri iştirakçıları salamladıqdan sonra qeyd edib ki, ölkəmizdə gender siyasətinin təmin edilməsi prioritet hesab olunur. Tahir Budaqov həmçinin qeyd edib ki, gender bərabərliyinin təmin edilməsi üçün ölkəmizdə hüquqi baza var və gender bərabərliyinin təmin edilməsi üçün tədbirlər davam edir.

YAP Sədrinin müavini eyni zamanda diqqətə çatdırıb ki, təməli Ulu Öndər tərəfindən qoyulan gender bərabərliyi siyasəti ölkə başçısı cənab Prezident tərəfindən və Yeni Azərbaycan Partiyası tərəfindən davam etdirilir.

Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun çıxışının ardınca çıxış üçün söz Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Komitəsinin sədri xanım Hicran Hüseynovaya verilib. Komitə sədri qeyd edib ki, Azərbaycan dövlətinin bu istiqamətdə, gender bərabərliyi istiqamətində keçirdiyi siyasət, qanunvericilik bazası bir çox ölkələri qabaqlayır. Xanım Hicran Hüseynova da öz növbəsində nəzərə çatdırıb ki, gender bərabərliyinin həyata keçirilməsi üçün normativ aktlar mövcuddur və ölkəmiz bu istiqamətdə müxtəlif konvensiyalara da qoşulub ki, bu, həmin istiqamətdə görülən işlərin təkmilləşməsinə öz tövhəsini verir.

Onun sözlərinə görə, bu istiqamətdə hələ görüləcək işlər çoxdur və bu istiqamətdə fəaliyyət davam etdiriləcək ki, bununla cəmiyyətin daha da inkişaf etməsinə nail olunacaqdır.

Ardınca çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova da öz növbəsində qeyd edib ki, gender mədəniyyətinin təbliği məsələsi ən vacib məsələdir və bu siyasətin həyata keçirilməsi üçün də vəzifələr mövcuddur.

Komitə sədrinə görə, Azərbaycan hökuməti gender bərabərliyini həyata keçirmək üçün çalışır və artıq yeni standartlara uyğun proqramlar tətbiq olunur, kifayət qədər nümunələr də var.

Hazırda çıxışlar davam edir və ölkəmizdə gender bərabərliyi barədə fikirlər səsləndirilir.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə