Dünyanın aparıcı saytından Azərbaycana sayqı

“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Dünyanın aparıcı internet-axtarış saytı olan "Google" oktyabrın 18-də qeyd olunan Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi "dudl" həsr edib.

SİA-nın məlumatına görə, Azərbaycan bayrağını əks etdirən "dudl"a basaraq istifadəçilər Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.

Qeyd edək ki, "Google"ın "dudl"ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. "Dudl"llar qlobal (bütün dünyada, bütün "Google" domenlərində mövcud olanlar) və müəyyən yerli ( yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə