Ukrayna Ali Radasının nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri oktyabrın 16-da Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
SİA xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn nümayəndə heyəti xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...