“Müstəqillik Günü haqqında” qanun layihəsi uğurlarımızı daha dolğun ifadə edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Dövlət müstəqilliyi hər bir xalqın tarixində əldə edə bildiyi ən yüksək nailiyyətdir. Tarixi proseslərin gedişi elə gətirib ki, biz bir əsrdə iki dəfə müstəqil dövlət qurmaq imkanına sahib olmuşuq. Biz dövlət müstəqilliyini əldə etmək, qorumaq və möhkəmləndirmək üçün mübarizə aparmış, şəhidlər vermiş bir xalqıq. Ona görə də müstəqillik bizim üçün bütün digər anlayışlardan daha dəyərli, daha qiymətlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat qeyd edib ki, 20-ci əsrin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini elan etsə də məlum səbəblərdən onu qorumaq mümkün olmadı: “20-ci əsrin sonlarında biz müstəqilliyimizi yenidən bərpa edə bildik. Ancaq həmin dövrdə də onu itirmək təhlükəsi mövcud idi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqının növbəti dəfə istiqlaliyyətini itirmək təhlükəsindən xilas etdi. Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən uğurlu nəticəsi məhz dövlət müstəqilliyinin möhkəmləndirilməsi oldu. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində sözün tam mənasında müstəqil siyasət yürüdən ölkələrdən biri kimi qəbul olunur. Bu baxımdan, düşünürəm ki, dövlət müstəqilliyi bizim hər birimiz üçün son dərəcə dəyərli, dərin siyasi, tarixi məzmun daşıyan bir anlayışdır. “Müstəqillik Günü haqqında” qanun layihəsi bu günün mahiyyətini, onun Azərbaycan xalqının yaddaşındakı yerini və əhəmiyyətini daha dəqiq ifadə edir. Bir məqamı da diqqətə çatdırmaq istərdim ki, SSRİ-nin süqutu zamanı Azərbaycanla eyni vaxtda müstəqilliyini bərpa etmiş bir çox ölkələr, o cümlədən, Baltikyanı respublikalar bu tarixi məhz Müstəqilliyin bərpası günü kimi qeyd edirlər”.
R.Məmmədov hesab edir ki, “Müstəqillik Günü haqqında” qanun layihəsi hüquqi, tarixi və siyasi anlamda olduğu kimi, həm də mənəvi kontekstdə keçdiyimiz yolu, əldə etdiyimiz uğurları daha dolğun ifadə edir: “İldönümünü qeyd etdiyimiz Vətən müharibəsi günlərində bu həm də ölkəmizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna ehtiramı özündə ehtiva edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB