Yenə "qaralar" və "ağlar" arasındakı mübarizə başlayır ERMƏNİSTANDA

Yenə "qaralar" və "ağlar" arasındakı mübarizə başlayır ERMƏNİSTANDA

14 noyabrda Qafanda yerli özünüidarə orqanlarına keçiriləcək seçkilər, bütün görünüşləri ilə, yenə "ağlar" və "qaralar" arasındakı mübarizəyə çevriləcəyini təsdiq edir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus "Hraparak" qəzeti yazır.

Nəşr, Vətəndaş Müqaviləsi partiyasından olan namizəd, 29 yaşlı David Danielyanın bir sənətçi olduğunu, hazırda deputat vəzifəsini icra etdiyini və eyni zamanda Rəssamlıq Akademiyasının tələbəsi olduğunu, amma hazırki mer vəzifəsini icra edən Qevorq Parsiyanın vahid namizəd olaraq qəbul ediləcəyi barədə yazıb.

"Şahen Harutyunyanın "Blok Şant" partiyası siyahısında namizəd olmağa qərar verməsinə baxmayaraq, onu Respublikaçılar Partiyası, Koçaryan, Vahe Akopyanın partiyası və ARF də dəstəkləyir. Xatırladaq ki, bu ilin avqust ayında Qafan Ağsaqqallar Şurasının üzvlərinin çoxu, səlahiyyətlilərin ssenarisinə görə, öz vəzifələrindən imtina bəyanatları təqdim etmiş və nəticədə Qafanda yeni seçkilər təyin olunmuşdur”, deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə