Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə nələr gözlənilir? - POLİTOLOQ AÇIQLADI

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə nələr gözlənilir? - POLİTOLOQ AÇIQLADI

"Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü BMT-nin Baş Assemblyasının 76-cı sessiyasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun səfəri ilə baş tutmuşdu. Təbii ki, artıq ikinci görüşün baş tutması nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən, həm də Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən görüşmək təşəbbüsü irəli sürüldü: "Görünür ki, Paşinyanın hansı məsələlərlə görüşə gələcəyi, həm də ölkə başçısı cənab İlham Əliyevin həmin görüşə hansı məsələlərlə gələcəyi ilə bağlı məsələlərin müzakirəsi mümkün ola bilər. Bununla yanaşı bu görüşdə xüsusilə Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsi, Azərbaycanın erməni terrorçularının qaytarması ilə bağlı məsələləri gündəmdə ola bilər. Bundan əlavə Zəngəzur dəhlizinin açılması, kommunikasiya əlaqələrinin qurulması, qarşılıqlı etimadın yaradılması ilə bağlı məsələlərin müzakirə edilməsi gözlənilə bilər.

Bildiyimiz kimi bir neçə gün öncə Ermənistan hava məkanını Azərbaycan təyyarələrinin üzünə açdı. Artıq Azərbaycan təyyarələri Ermənistanın üzərindən uçur. Rəsmi Bakı da elan etdi ki, Ermənistan təyyarələri bizim hava məkanımızdan istifadə edə bilər. Düşünürəm ki, bu məsələlərin müzakirəsi gözləniləndir. Ümumiyyətlə Azərbaycan və Ermənistanın XİN rəsmilərinin görüşündə xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, sülh müqaviləsinə gedən proseslər müzakirə edilə bilər. Bu görüş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikinci görüşü olsa da yeni görüşü hesab olunur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə