"Prezident qarşı tərəfə və onun havadarlarına önəmli mesajlar verdi" - POLİTOLOQ AÇIQLADI
"Cənab Prezidentin Tərtər və Bərdə rayonlarına səfər etməsi əlbəttə ki, çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, cənab Prezident bu səfərində qarşı tərəfə və onun havadarlarına çox önəmli mesajlar verdi: "Cənab Prezident qarşı tərəfə göstərdi ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa quruculuq işləri sürətlə davam edir və bu əraziləri Azərbaycanın əsas hissəsinə inteqrasiya etmək istiqamətində əməli işlər görəcəkdir.
Müharibənin başlanmasından artıq bir ildən çox vaxt ötür və müharibənin fəsadları hələ də qalmaqdadır. Azərbaycan dövləti bu fəsadları aradan qaldırması üçün əhəmiyyətli işlər görür. Naftalan ilə Talış kəndini birləşdirən yolun təməlini qoydu. Hal-hazırda istifadəyə verilən Suqovuşan-Tərtər yolunun açılışında iştirak edib. Suqovuşan-1, Suqovuşan-2 stansiyalarının açılması əhəmiyyətli hadisədir. Çünki bu infrastruktur obyektlər həmin ərazinin kompleks sosial-iqtisadi inkişafına təkan verəcək. Bu çox əlverişli ərazidir. Eyni zamanda su ehtiyatları kifayət qədər zəngin olan bir ərazidir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB