"Səfərin Azərbaycana bilavasitə heç bir təsiri yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“İran xarici işlər nazirinin Moskvaya səfərindən açığı heç bir gözlənti yoxdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, İran-Rusiya münasibətləri uzun illərdir əməkdaşlıq zəminində davam edir: “Ona görə də bu səfərin Azərbaycana bilavasitə heç bir təsiri yoxdur. Azərbaycanın özünün kifayət qədər mühiti, yaxın müttəfiqləri var”.
A.Mollazadə vurğulayıb ki, Azərbaycan müstəqil xarici siyasət yeridir: “İran da öz növbəsində Rusiya və Ermənistanla qardaş ölkədir. Onların hər hansı görüşləri bizim üçün əhəmiyyət kəsb etmir”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB