Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Milli Məclisinin 2021-ci il payız sessiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. SİA-nın məlumatına görə, iclası spiker Sahibə Qafarova açıq elan edib. İclasın əvvəlində Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və qazilərə şəfa arzu edilib.

Qeyd edək ki, Milli Məclisinin 2021-ci il payız sessiyasının ilk plenar iclası keçirilir. İclasın gündəliyinə 15 məsələ daxildir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə