Gürcüstanın Baş naziri Azərbaycana gələcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana səfər edəcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə İ.Qaribaşvili öz açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra Ermənistana səfər edəcək.

"Sabah mən Bakıya yola düşəcəm və çox hörmət etdiyim, yaxşı əlaqələrimizin olduğu Prezident İlham Əliyevlə görüşəcəm. Bizim ən başlıca məsələ olan qarşılıqlı etimadımız var. Ölkələr və liderlər arasında etimad olduğu zaman bütün məsələlər də aidiyyəti üzrə həllini tapır", - deyə Baş nazir qeyd edib.

İ.Qaribaşvili vurğulayıb ki, o, Gürcüstanın Ermənistan və Azərbaycan arasında bir neçə ay öncə başladılan etimad bərpası prosesinə faydalı töhfələr verməsini istəyir. Əlavə edib ki, 30 ildə ilk dəfə olaraq Gürcüstan ABŞ-ın da dəstəyi ilə Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə nail olunub və bu, uğurlu presedentdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...