Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib - FOTOLAR

Anım Günü ilə bağlı sentyabrın 27-də YAP Səbail rayon təşkilatının üzvləri Səbail rayonu Şəhid ailələrini evlərində ziyarət ediblər. SİA-nın xəbərinə görə, ziyarətdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və rayon partiya təşkilatının fəalları iştirak ediblər.

Ziyarət çərçivəsində Şəhid Vüsal Həsənov və Şəhid Vüsal Teymurovun ailə üzvləri ilə görüş keçirilib, ailələrin gündəlik qayğıları öyrənilib. Şəhid ailələri üzvləri dövlətin, ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daima öz üzərlərində hiss etdiklərini bildirərək razılıqlarını ifadə ediblər və “Vətən sağ olsun!” deyərək qəhrəman övladları ilə qürur duyduqlarını bir daha vurğuladılar.

Allah bütün Şəhidlərimizin ruhunu şad etsin! Amin.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə