27 sentyabr Zəfərin başlanğıc tarixidir...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Ermənistanın işğalçılıq siyasəti elan edilmədən başlayan müharibəyə, müharibə isə Azərbay­ca­nın torpaqlarının işğalına səbəb oldu.

Ermənistan BMT Təhlükəsizlik Şursının qəbul etdiyi qətnamələrə əməl etmədi, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, təkliflərinə məhəl qoymadı. Bunlara görə ona heç bir beynəlxalq təzyiq göstərilmədi. Belə loyal münasibətə görə Ermənistan mövcud status-kvo­nu saxlamaq məqsədi ilə danışıqlardan yayınırdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev birmənalı şəkildə bildirdi ki, "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan əra­zi­sin­­də ikin­ci erməni dövlətinin yaranmasına imkan verməz". Bu qətiyyət Ermənistanı da, onun havadarlarını da niyyətindən çəkindirməli idi. Lakin Ermənistan yeni əra­zi­lər işğal etmək niyyəti ilə istər döv­­lət sərhədlərindən, istərsə də işğal etdiyi ərazilərdən Azərbay­ca­nın ərazilərinə hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. 2016-cı ilin aprelində də belə oldu, 2020-ci ilin iyulunda da.

Ermənistan ordusu sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı silahlarla yenidən hücum etdi. Azərbaycan Ordusnunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Azər­bay­can Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliy­ya­tı­na başladı. Bu, Vətən müharibəsi idi.

Düşmən işğal etdiyi ərazilərdə müdafiə sistemi yaratmışdı, onu illərlə möhkəmlətmişdi, tək­milləşdirmişdi. Yaratdığı “Ohanyan səddi” ilə qürurlanırdı, ordusunu və əhalisini inandırmağa ça­­lışırdı ki, Azərbaycan Ordusu bu səddi keçə bilməz. Vətən müharibəsində Azərbaycan əsgə­ri­nin döyüş əzmi, qələbə ruhu düşmənin müdafiə səddini darmadağın etdi. Müxtəlif istiqamətlərdə ge­dən döyüşlərdə düşmən ağır məğlubiyyətlərə uğra­yır­dı. Düşmənin ordusu müqavimət göstərə bil­mir­di, bəzi döyüşlərdən sonra geri çəkilirdi, hərbçiləri döyüşdən yayınırdı, qaçırdı. Bu, düşmənin məğlubiyyətini yaxınlaşdırırdı.

Xalqımız ordumuzun qələbəsinin iştirakçısı idi. Bütün səviyyələrdə orduya mənəvi və mad­di dəstək göstərirdi. Vətən müharibəsində analar cəbhəyə, döyüşən orduya həm ana sevgisiylə hazır­la­dıq­ları yeməklər, həm də əlcək, şərf və s. toxuyub göndərirdi. Döyüşçülərin bun­la­ra ehtiyacı yox idi, ancaq bu hədiyyələr onların döyüş əzmini, qələbə ruhunu kükrədirdi. Bir ana göndərdiyi hədiyyələrin içinə bir məktub da qoyubmuş: “Oğlum Birinci Qarabağ mühari­bə­sində şəhid oldu. Onun paltarlarını indiyə kimi saxlayırdım. İndi oğluma qardaş bildiyim sən əsgər oğ­lu­ma göndərirəm. Mənə oğlumun dərdini qazanacağınız qələbə unutduracaq, oğlum. Qə­lə­bədən sonra qarşıma çıxan ilk əsəgərə oğlum deyəcəm. Onda oğlumun ruhu da sənə - əsgər qar­da­şı­na sağ ol deyəcək...”. Bu məktub Vətən müharibəsinin mahiyyətinin nə olduğunu bütün çalarlarıyla açır. Yəni Vətən müharibəsi xalqın müharibəsi idi. Hamı özünü döyüşənlərin sıra­sın­da hiss edir­di...

2020-ci ilin 27 sentyabrı son 30 ilin ən yadda qalan tarixi günlərindən biridir. İşğalçı dövlət sülh danışıqlarından yayınırdı, beynəlxalq təşkilatlar bu danışıqların baş tutmasını təmin edə bil­mirdi. Dünyanın aparıcı dövlətləri də müəyyən məqamlarda işğalçının mövqeyinə ciddi etirazını bil­dirmirdi. Bu, qeyri-rəsmi himyədarlıq idi.

Vətən müaharibəsi ərəfəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dedi: “Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”. Bu səmimi fikir Vətən müharibəsində reallaşdı. “Bayraktar”lar düş­­mənin müdafiə sədlərini, qrup­laş­malarını, strateji mövqelərini, canlı qüvvəsini darmadağın et­di. Nə düşmən, nə də onun hava­dar­ları bu hücumu dayandırmaq gücündə, qüdrətində deyildi.

Azərbaycan Ordusu qətiyyətlə döyüşürdü. Müxtəlif istiqamətlərdə qazanılan mövqe qələ­bə­lə­ri ordumuzu son döyüşə yaxınlaşdırırdı.

Vətən müharibəsindən sonra dünya mətbuatında müxtəlif səpkili, məzmunlu məqalələr dərc edildi. Əksəriyyətində Azərbaycan Ordusnunun gücü, qüdrəti etiraf edilir, əsəgərlərinin döyüş əz­mi­nə, qələbə ruhuna heyrət ifadə olunurdu. “400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüv­vəyə tab gətirmək mümkün deyil", - bu fikirlər muzdlu erməni döyüşçüsünün etirafıdır.

Vətən müharibəsi vətənpərvərliyin işğalçılıqla, azərbaycançılığın erməniliklə döyüşlə­riy­di. Bu müharibə xalqın qələbə ruhunun müharibəsiydi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin mü­ha­ribəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olma­yan Qələ­bə­ni qa­zan­mışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehka­mı­nın qarşı­sında biz pe­şə­kar­lıq, mə­ha­rət, güc, hərbi elm qoy­duq və düşməni tor­paq­larımızdan qovduq”. Bu Zəfərin baş­­lan­ğıcı Cənab Prezidentin qətiyyətindədir, xalqa sevgisindədir, dövlətçiliyə sədaqətindədir, xalqın orduya dəstə­yin­dədir. Bu Zəfərin başlanğıcı tarix olaraq 27 sentyabrdır. Bu tarixi Zəfərlə Ermənistanın işğal­çı­lı­ğına son qoyuldu. Azərbaycan Ordusu Ermənistanın ordusunu dar­ma­dağın etdi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yo­nla­rı­nın yaradılmasının həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olduğunu hamı bilir və buna bir ürək tutumunca sevinir. Ölkə başçısı Kəl­bə­cərə və La­çına səfərində çıxışında dedi: “...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ya­ra­dıldı. Hesab edirəm ki, bu da çox düz­gün addımdır. Bu, həm tarixə əsas­la­nır, eyni zamanda, gə­lə­cə­yə əsaslanır. Çünki həm Qa­ra­bağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağı­mız­dır. Qara­bağ iqtisadi rayonunda bütün Qa­ra­bağ bölgəsinə aid olan ra­yon­lar birləşdi. Şərqi Zən­gə­zur iqtisadi rayonunda Şərqi Zən­gə­zu­ra aid olan rayonlar birləşdi...”. İndi dünya qalib Azərbaycan dövlə­ti­nin qüdrətinin kontur­la­rı­nı daha əhatəli görür.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakının Binə­qə­di rayonunun Xocasən qə­sə­bəsində şəhid ailələri və mü­ha­ribə əlil­lə­rinə mənzil­lə­rin və avto­mo­billərin təqdim olunması mərasimində çıxışında qürurla bil­dir­­di ki, Vətən müharibəsində qazandığımız Zəfər dünyanın apa­rı­cı dövlətlərinin diqqət mər­kə­zindədir: “Tə­sadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, İkin­ci Qarabağ müharibəsi öyrənilir”. Deməli, Vətən müharibəsinin timsalnda Azərbaycanın yeni tarixi dünyada öyrənilir.

Həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ermənis­ta­nın işğalçı dövlət olduğunu bir daha xatırladaraq dedi ki, “Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olur­sa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrə­man­lı­ğı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi”. Vətən sevgisi Azərbay­can Ordu­su­nun şəxsi heyətinin malik olduğu mənəvi dəyərləri ümumiləşdirir. Azərbaycan Ordu­su­nun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamam­la­yır. Bu vəhdət or­du­nun gücü deməkdir. Ordumuz güclüdür. Bu güc Vətən mü­­ha­ri­bəsində qadir­li­yi­ni qətiyyətlə təs­diq­lədi. 27 sentyabr buna görə yeni tariximizdə unudulmayacaq tarixi gündür...

Ordumuz torpaqalarımızı işğaldan azad etdi. Bu Zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitə­rəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.

Bu yaxınlarda bir məqalədə bir əsgərin inamla, qətiyyətlə dediyi bir fikri xatırlayıram: “Da­ha heç bir işğalçı dövlət Azərbaycanın torpaqlarına göz dikə bilməz. Hamısı Azərbaycan Ordusu­nun gücünü, qüdrətini gördü...”. Bu fikir hamıya həm xoş gəldi, həm də hamı belə düşünən əs­gər­lə­rimizlə qürurlandı...

Dünya gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi, Azərbaycan gəncliyi işğaldan azad edilmiş ərazilərimizdə şəhərləri, kəndləri yenidən quracaq.

Şuşada “Xarı bülbül” musiqi festivalı keçirildi...

Şuşada Vaqif Poeziya Günləri keçirildi...

Şuşada Milli Musiqi Günü keçirildi...

Bunlar Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı Zəfərin nəticəsidir. Zəfərin baş­lanğıcı 27 sentyabrdır...

Bütün xəbərlər Facebook səhifəmizdə