“Müxalifət uğursuzluğa düçar olub” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyalarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər: “Müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Təəccüblü məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə onların faciəsidir”.

T.Novruzovun onu da bildirib ki, dağıdıcı müxalifət partiyaları 1990-cı illərdən necə yaranıbdırsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır: “Birmənalı şəkildə həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədirlər. Adı çəkilən partiyalar sədrlərindən və ətrafında 2-3 nəfərdən ibarət olaraq qalıbdır. Bütün bunlarda onların zəif şəkildə inkişaf etməsindən xəbər verir. Ümumiyyətlə, müxalifət partiyalarının zəif olmasının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Bir sözlə, adı çəkilən partiya sədrləri öz səhvlərini, öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə