YAP Qobustan rayon təşkilatı Anım Günü ilə əlqadar tədbir keçirib

2020-ci il Azərbaycan xalqının uzunəsrlik tarixinə qızıl hərflərlə yazıldi. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti sayəsində azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı.

Bu il Azərbaycan xalqı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş ilk 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününü qeyd edir. Bu münasibətlə Qobustan rayon Icra Hakimiyyətilə Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının fəalları tərəfindən birgə keçirilən Anım tədbirləri yüksək səviyyədə keçirildi. Tədbir Şəhidlər xiyabanında Şəhidlərin əziz xatirəsini yad etməklə davam etdirildi.” Qarabağ Azərbaycandır” flaşmobları təqdim olunduqdan sonra rayonun təyin olunmuş ərazisində ağacəkmə aksiyası keçirildi. Tədbirdə şəhid ailələri və qazilər iştirak etmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə