Helsinkidə şəhidlərimizin ruhuna şamlar yandırılıb

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının sədri Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində 27 sentyabr – Anım Günü ilə bağlı aksiya keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, paytaxtın Munkkiniemenranta rayonunda gerçəkləşdirilən aksiya zamanı bir il öncə Ermənistanın genişmiqyaslı hücumuna cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

Şəhidlərimizin ruhuna yandırılan şamlar çiçəklərlə birlikdə dənizə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə