ABŞ-a necə anlatmalıyıq ki, Qarabağ problemi həll olunub (?!) ANALİTİK+FAKT

Yaxud, Dağlıq Qarabağ ərazisi yoxdur və nida!

"Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı .. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram."

Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformat vasitəsi ilə çıxışında artıq rəsmi olaraq beynəlxalq səviyyədə Qarabağ mövzusunun bağlandığını bəyan edib!

Bu, artıq müsahibə deyil, hansısa ölkə daxili tədbirdə bağlı çıxış da deyil, bu, artıq rəsmi və beynəlxalq hüququn prinsiplərinə əsaslanan bəyanatdır və bu gündən sonra bütün dövlətlər və beynəlxalq təşkilatlar “Dağlıq Qarabağ” ifadəsini istifadə edə bilməzlər – BİRMƏNALI OLARAQ!

Amma ola bilsin bir çoxları fikir vermədilər ki, həmin bəyanat faktiki olaraq Minsk qrupunun rəsmi olaraq ləğvi anlamını da daşıyır. Belə ki, ATƏT-in 23 mart 1995-ci il tarixli DOC.595/95 qərarına əsasən Minsk qrupunun yaradılmasının əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaqdan ibarətdir link aşağıda:

https://www.osce.org/files/f/documents/f/f/70125.pdf

Və əgər Dağlıq Qarabağ adında inzibati vahid yoxdursa, deməli Minsk qrupunun” mandatı avtomatik ləğv olunur, özü də məhz bu gündən, yəni möhtərəm Prezidentimiz Ali beynəlxalq orqanda rəsmi bəyanatı səsləndirməsindən sonra. Odur ki, Minsk qrupu avtomatik ləğv olundu, və əgər xarici narazı qüvvələr hər hansı bir yeni mexanizm istəyirlərsə, gərək yeni bir mexanizm yaradılsın, özü də bu dəfə Azərbaycanın maraqları nəzərə alınmaqla.

Minsk qrupu hüquqi baxımdan ləğv olundu

Bir sözlə, bu gündən sonra Minsk qrupu ifadəsi yalnız keçmiş zamanda istifadə olunar bilər. Bütün Azərbaycanın rəsmi orqanları və ictimaiyyət artıq bu qrupa mövcud və rəsmi qrup kim istinad edə bilməz.

İndi isə qayıdaq erməni vurğunu olan ABŞ rəsmilərinin mövqelərinə. Vikrotiya Nuland Ceyhun Bayramovla görüşdən sonra yenə də Minsk qrupunun fəaliyyətindən danışıb.

ABŞ-dan Azərbaycana qarşı növbəti qərəz

Amma ən əsası odur ki, bu gecə, ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-ın hər növbəti il üçün hərbi xərclərini müəyyən edən Milli Müdafiə Səlahiyyətləri Aktına (National Defense Authorization Act) birbaşa Azərbaycanın və Türkiyənin əleyhinə yönəlmiş iki düzəliş qəbul edib.

Kaliforniyadan Konqres üzvü olan Kardenasın (Cardenas) irəli sürdüyü düzəlişlərdən biri qeyd edir ki, “Azərbaycan silahlı qüvvələri Türkiyənin və xarici hərbi qruplaşmalın dəstəyi ilə Dağlıq Qarabağa hücum etmişlər...” (?!)

Bundan əlavə, bu sənəd guya 200 yaxın erməni döyüşçünün qanunsuz olaraq Azərbaycan tərəfindən “işgəncələrə” məruz qaldığını müəyyən edir və Dövlət Departamentinə tapşırır ki, onların dərhal azad edilməsnini Azərbaycandan tələb etsin. Sənədin tam mətni ilə burdan tanış olmaq olar:

https://amendments-rules.house.gov/amendments/CARDCA_036_xml210920102639182.pdf

Digər kaliforniyalı konqresmen - Valadaonun təşəbbüsü ilə qəbul olunan düzəlişdə isə deyilir ki, “ABŞ-ın Dövlət Katibi Dağlıq Qarabağa ayrılan gələcək yardımlar barədə Konqresə məruzə etməlidir...” (?!)

ABŞ-ın yardım proqramlarının birbaşa icraçısı isə hansı təşkilatdır? Əlbəttə ki, USAİD-ir! Həmin USAİD-ir ki, ona erməni maraqlarına xidmət etdiyinə görə hazırda az qala “Ermənistanın milli qəhrəmanı” statusunu daşıyan Samanta Pouer rəhbərlik edir.

Yeri gəlmişkən, bu günlərdə USAİD-in rəhbəri Samanta Pouerin Azərbaycan və Türkiyəyə qarşı növbəti çıxışıda yayılıbdır. Bu çıxışda Pouer Türkiyənin NATO-nun şantaj etməkdə ittiham edir və yenə də özünün sevimli mövzusu olan qondarma “erməni soyqırımından” dəm vurur. genosiddən Videonu burdan izləyə bilərsiz:

https://www.youtube.com/watch?v=gMzzbRrxF_M

Və təsəvvür edin ki, bu ermənopərəst ünsürün rəhbərlik etdiyi USAİD hələ də Azərbaycanda (!!!) özü də heç bir hüquqi əsas olmadan fəaliyyət göstərir. Üstəlik, müvafiq dövlət strukturları dəfələrlə qeyd etdiyimiz bu məsələyə görə cınqırlarını belə çıxarmayıblar, əcəba nəyə görə, niyə? Mözumuza aşağıda qayıdacağıq...

Beləliklə, çıxışlar zamanı digər ermənipərəst ABŞ konqresmeni Pallone Azərbaycana qarşı çoxsaylı ittihamla çıxış edib. Çıxışla burdan tanış olmaq olar.

https://www.youtube.com/watch?v=E_FnpYOsjWA

Axı ABŞ necə qandıraq ki, artıq Dağlıq Qarabağ yoxdur?

Bir sözlə, ABŞ-n sözügedən qurum və təmsilçiləri bizə nümayiş etdirirlər ki, o hələ də qondarma “Dağlıq Qarabağ respublikasını” müstəqil dövlət kimi qəbul edir və hətta onlara yardım göstərməyi belə artırmağı planlaşdırır. Bəs bunu haraya yazaq? Məgər ABŞ-ın dövlət rəhbərliyi bu biabırçılıqları görmürmü? Əlbəttə ki, görür, sadəcə hər şey göz önündədir.

Tarix onu göstərir ki, amerikalılar əslində çox qorxaqdırlar və onların əzələ nümayişi qarşısında əks tərəf əzələ nümayiş etdirən kimi geri çəkilirlər. Əfqanıstandakı son hadisələr bunu bir daha sübut etdi. ABŞ minlərlə insan itirdiyi və milyardlarla pul qoyduğu ölkədən quyruğunu qısaraq qaçdı.

ABŞ-ın süpergüc olması haqqında blef belə puç oldu

Artıq bütün dünya hiss edir ki, əslində dünyada ABŞ adda supergüc yoxdur. ABŞ-ın içki düşkünü Yeltsinin köməyi ilə yaratdığı guya supergüc dövlət blefinin real siyasətçilər məhv etdilər. Dünya siyasətinin gündəmində daimi belə bir fikir dolanırdı ki, ABŞ-ın siyasəti kimin prezident olmasından asılı deyil, belə ki orada sistem elə qurulub ki, hər hansı bir şəxs o sistemi dəyişə bilməz.

Amma ABŞ-dakı son prezident seçkiləri bu fikridə alt üst etdi. Belə ki, dünyanın bir nömrəli fırıldaqçısı – “inailqblar mühəndisi” adlandırılan Cocr Soros özünün nəzarətində olan mexanizmlər vasitəsilə “yuxulu Co”nu hakimiyyətə gətirdi Bu gün isə Co Bayden kimi siyasi müqəvva Ərdoğan kimi, Putin kimi siyasi əjdahaların qarşısında aciz qalıb.

Co Baydenin ən böyük səhvi hakimiyyətə gələn kimi qondarma “erməni soyqırımını” tanımağı oldu. O uzun illər ABŞ-ın Şərqdə müttəfiqi olan Türkiyəyə arxadan zərbə vurdu və şübhəsiz ki, bu ABŞ üçün nəticəsiz ötüşməyəcək idi. Okeanın o tayında olan ABŞ-ı supergüc edən, onun okeanın bu tayında olan sadiq müttəfiqləri idi: Türkiyə, Pakistan və digərləri.

ABŞ isə Türkiyə ilə müttəfiqliyini ermənilərə qurban verdi, Pakistanla isə müttəfiqliyi özünün yaratdığı Ben Ladenə qurban verdi. Belə ki, yenə də demokratların dövründə Ben Ladenin məhvi əməliyyatını həyata keçirmək üçün qanunsuz olaraq Pakistan hökumətinə xəbərdarlıq etmədən, onun sərhədlərini qanunsuz pozaraq onun ərazisində hərbi əməliyyat keçirdi. Yeri gəlmişkən, həmin əməliyyatın təşkilatçılarında biri indiki dövlət katibi Entoni Blinken idi.

ABŞ-ın bir dövlət kimi tarixi 1776-cı ildə başlayırsa...

Əslində, ABŞ-ın dövlət dairələrində bu regionun tarixi haqqında məlumatsızdılar. Onlar tarixi erməni lobbisinin ABŞ-da çap etdirdiyi kitablarla öyrəndikləri üçün Türkiyəni Pakistanı və Azərbaycanı bağlayan tarixi əlaqələr haqqında məlumatsızdılar. Bu da əslində başa düşüləndir, belə ki, ABŞ-ın bir dövlət kimi tarixi 1776-cı ildə başlayırsa, bizim üç ölkənin birgə tarixi min illərlə ölçülür. Türkiyəyə qarşı əsassız genosid ittiham ilə çıxış edən ABŞ bilməli idi ki, bir qardaşa hücum edəndə digər qardaşlarda bunu cavabsız goymayacaqlar. Nəticədə ABŞ-ın regionda faktiki bir rəsmi müttəfiqi qalıb o da başı bəlalı Ermənistandır.

Siyasi şpaqatda oturan Ermənistan

Bir ayağı ilə ABŞ-a digər ayağı ilə isə Rusiyaya dirənən Ermənistan isə siyasi şpaqatda oturaraq uzun illər bundan uğurla faydalanırdı. Amma Soros onun da evini sğzün əsl mənasında yıxdı. O Paşinyanın ABŞ-da olan “ayağını” bir balaca özünə tərəf dartmaqla, Rusiyada olan ayağın sürüşdürdü. Rus isə xəyanəti bağışlamır. İndi Paşinyan yenidən şpaqatını bərpa etmək istəyir, amma bir şeyi bilməlidir ki, şpaqatda oturan, yeriyə bilmir. Yaxşı olar ki, Ermənistan bir dövlət kimi şpaqatdan ayağa qalxıb bir müstəqil siyasət yürüdərək regiondakı qonşularla normal münasibətlər qursun. Amma bunu edə biləcəkmi..? Yaxud, bunu etmək istəyirmi..?

ABŞ-ın siyasi dairələrinə bağlı olan ermənipərəst şəxslərin son anti-Azərbaycan xarakterli qərarlarına cavab verməyin vaxtı yetişib

Azərbaycan isə müharibədə qalib gəldiyinə baxmayaraq, hələ də tolerantlıq göstərir və ümid edir ki, ABŞ nəhayət ki, özü dərk edəcək ki, bu regionda artıq münaqişə bitdi. Artıq birgə əməkdaşlıq edərək, regionda davamlı sülhü bərqərar etmək və quruculuqla məşğul olmaq lazımdır. Amma təəssüf ki, ABŞ-ın dövlət siyasətinin əsa prinsiplərindən biri “bulanıq suda balıq tutmaqdır”. Odur ki, ABŞ- sərt cavab verilmədən onun “ağlı” başına gəlməyəcək.

Samanta Pouerin Azərbaycandakı nümayəndəliyinin bağlanması zamanıdır

Şübhəsiz ki, ABŞ tərəfindən ölkəmizə qarşı olan həmlələrə ən gözəl cavab ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən təşkilatların ölkədən çıxartmaq olar. Məsələn götürək elə hamımızın ermənipərəst kimi tanıdığımız Samanta Pouerin Azərbaycandakı nümayəndəliyini-USAİD-i. Bu ünsürün Azərbaycandakı nümayəndəliyi Azərbaycana bundan sonra nə xeyir verə bilər axı? Aydındır ki, bu xanımın təşkilatının əsas məqsədi və hədəfi Azərbaycanı müxtəlif yollarla zəiflətməkdir! Məsələn, son zamanlar bəzi yerli mətbu orqanları maraqlı faktla üzləşmişdilər.

ABŞ səfirliyinin əməkdaşı kimi özünü qələmə verən Rid Mikkelsen adlı bir şəxs xəbərsiz redaksiyalara gedir, şübhəli suallar verərək onların maliyyə məsələlərini aydınlaşmağa cəhd göstərir. Eləcə də redaksiyalarda müxtəlif tipli suallarla mövqe öyrənməyə çalışır, sonda isə görüşlə bağlı heç bir məlumat verməməyi redaksiyalardan xahiş edir.

Müəyyən araşdırmalardan sonra bəlli olub ki, bu şəxs İMPL.Project təşkilatını təmsil edir Məsələ burasındadır ki, İMPL.Project hqiqətən ABŞ-ın dövlət departamentinin əsas partnyorlrında biridir. Bu da onların saytı:

https://implproject.org/

İMPLPROJECT təşkilatının əsas vəzifəsi Azərbaycanda məlumatlar toplayaraq USAİD-in və digər ABŞ- qurumlarının Azərbaycanı necə "ələ" alınması imkanlar haqqında təkliflər verməkdir. Bu təşkilat həqiqətən ABŞ səfirliyinin kurasiyası altında fəaliyyət göstərir. Yeri gəlmişkən, təşkilatın saytına daxil olub “TEAM” hissəsinə daxil olanda bu şəkli görmək olur:

Orada Castin Riçmond (Justin Richmond) var, təsisçi. Aşağıda isə həmin şəxsin USAİD-in Bakı ofisində olduğu zaman çəkdirdiyi şəkili görə bilərsiz.

Nəticədə, Samanta Pouer artıq öz “dəstəsini” Azərbaycanda növbəti “əməliyyatlar” üçün məlumat toplamağa göndərib və vəziyyəti qarışdırmağın yeni yollarının axtarışındadır.

Hətta bizdə olan bəzi məlumatlara görə, USAİD hazırda Azərbaycanda QHT sektorunun tənzimləyən qanunvericiliyi “adlamaqdan” ötrü ölkədə vəziyyəti qarışdırmaq üçün Sorosun gizli şəbəkəsindən istifadə edərək, saxta MMC-lər yaradaraq vəsaitləri onlara ötürməyi planaşdrır.

Bütün bunlardan sonra Samanta Pouerin numayəndəliyinin Azərbaycanda qalmasında hansı qüvvələr maraqlıdır? Ümumilikdə isə belə nəticə hasil edə bilərik ki, USAİD-in ölkədən çıxarılması ABŞ dövlət qurumarı üçün son dərəcə ciddi mesaj olar ki, ya mövcud reallıqları qəbul edin, yada bizim sizinlə yolumuz ayrılır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə