Həyata keçirilən siyasət ciddi itkilərə səbəb oldu "ERMƏNİSTAN" BLOKUNUN İTTİHAMLARI
Son üç ildə Ermənistanda həyata keçirilən siyasət ciddi itkilərə səbəb olub. SİA xəbər verir ki, bunu "Ermənistan" bloku Ermənistanın müstəqilliyi gününün 30-cu ildönümü ilə əlaqədar olan mesajda bildirib.
“Otuz il əvvəl, 21 sentyabr 1991-ci ildə Ermənistan vətəndaşları Müstəqilliyə “hə” dedilər. Millətin ən yüksək təşkilati formasını, müstəqil dövlətçiliyi qəbul etməyə razılıq verdilər, kimlik, sülh və yaradıcılıq yolunun milli birlik yolu ilə, təsvir edilə bilməyəcək çətinliklərlə, lakin sarsılmaz fədakarlıq və əzmlə keçiləcəyinə inanıldı.
Dövlət quruculuğunda çatışmazlıqlar da var idi, lakin bunlar düzəldilə bilərdi və bunlar suveren dövlətçiliyi təhdid edə bilməzdi. Son üç ildə Ermənistanda aparılan siyasət isə ciddi itkilərə səbəb oldu. Vahid Ermənistan təhlükəsizlik sistemi pozuldu, Ermənistanın suverenliyi təhdid altındadır.
Bu gün, müstəqilliyin otuzuncu ildönümündə, bütün erməni xalqı, bir tərəfdən heç vaxt olmadığı qədər birliyə, iradəyə və ruha ehtiyac duyur. Birlikdə hadisələrin dağıdıcı gedişatını dayandırmaq tələb olunur", deyə mesajda bildirilir.
Göründüyü kimi, "Ermənistan" bloku işğalçı ölkədə aparılan siyasəti kəskin tənqid edib və bu siyasətlə barışmadığını açıq-aşkar bəyan edib. Ələlxüsus, görünür ki, artıq erməni xalqının da narazılığı gizlədilmir. Ermənistanın acınacaqlı durumda olduğu barədə etiraflar bir-birini əvəz edir və bu baxımdan da ittihamlar əbəs yerə deyil. Hazırda erməni cəmiyyəti Ermənistanın sözdə də olsa suverenliyinin, müstəqilliyinin əldən gedəcəyindən ehtiyat edir, qorxur və ən azından böyük bir təhdid olduğuna əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB