Siyasi partiyaların nümayəndələri Bakı Türk Şəhidliyini ziyarət ediblər - FOTO

Azərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Bakı Türk Şəhidliyini ziyarət ediblər. SİA-nın məlumatına görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, REAL Partiyasının üzvləri Erkin Qədirli və Natiq Cəfərli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak ediblər.

Daha sonra partiya üzvləri Bakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

Ziyarətçilər sırasında partiyaların rəhbər şəxsləri ilə yanaşı, digər üzvləri də olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə