"Bu görüş ölkəmizin gələcəyi üçün çox ciddi bir addımdır" - PARTİYA SƏDRLƏRİ AÇIQLADI
“Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirildi. Bu tədbir Azərbaycanda iqtidar və müxalifət arasında aparılan dialoq prosesini yeni mövcud olan siyasi konfiquriyasiyanın davamiyyətinin sübutu idi”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Onun sözlərinə görə, mütəmadi olaraq ünsiyyətlərin siyasi partiya rəhbərləri ilə Prezident Administrasiyasının rəsmilərinin davam etdirməsi, müxtəlif mövzularda diskusiyyalarının aparılması, fikir mübadiləsinin aparılması ölkədə demokratik cəmiyyət quruculuğuna atılan davamlı, sistematik addımların və fəaliyyətin nəticəsidir: “Artıq uzun illərdən sonra 2020-ci ildən etibarən başlanmış yeni dövrü Azərbaycan yaşamaqdadır. Hesab edirəm ki, Azərbaycanın siyasi sistemində bu dialoqun, fikir mübadilələrinin böyük töhfəsi olacaqdır. Hal-hazırda baş verən proseslər Azərbaycan tarixinin qızıl hərflərlə yazılası günləridir. Təbii ki, bu tipli görüşlərin davamlı olmasını arzulayırıq və hesab edirik ki, bu tip dialoq mühiti ilə bu tip sivil münasibətlər sistemini formalaşdırmaqla ölkəmizi yalnız inkişafa apara bilərik. Ölkəmizdə nəhayət siyasi mədəniyyət formalaşmaqdadır. Çox təəssüflər ki, bu dialoqun, siyasi mədəniyyətin formalaşmasını arzulamayan müəyyən qüvvələr var. Hesab edirəm ki, ölkəmizin, dövlətimizin parlaq gələcəyini gözü götürməyən, xarici qüvvələrin əlində oyuncaq olan personallar var. Hesab edirəm ki, belə bir həssas zamanda, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri getdiyi bir zamanda ölkəmizi gözü götürməyən qüvvələrin narahat olduğu bir zamanda iqtidar və müxalifətin dövlətimiz üçün, millətimiz üçün həssas olan bir məsələni birlikdə bərabər, bir masa ətrafında toplaşaraq fikir mübadiləsinin aparması, diskusiyyaların təşkil edilməsi bizim cəmiyyətimiz üçün faydalı ola bilər”.
“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaranandan sonra Ədalət Vəliyevin çox ciddi fəaliyyəti oldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, ölkədə yeni təbəqələşmə, partiyalararası münasibətlərin sivil qaydada tənzimlənməsi, milli maraqları özündə ehtiva edən məsələlərdə ortaq danışıq məhz bu görüşlərin nəticəsi olaraq ortaya çıxdı: "Əslində zəfər gedən yolda ölkəmizdə milli birliyin olması çox ciddi amildir və milli birliyin təmin olunmasında da partiyanın ortaya qoyduğu mövqe də çox ciddi məsələdir. Biz siyasi partiyalar olaraq bütün ölkə üzrə milli maraqlarımızı qorumaq üçün müvafiq mövqedən çıxış etdik. Dünən ki, müzakirələr də göstərdi ki, əsas əhval-ruhiyyə bu birliyi qoruyub saxlamaqdır. Görüşdə bir çox məsələlər müzakirə olundu. Bundan sonra da keçiriləcək görüşlərdə indi verilən təkliflərin nəticələri ilə bağlı, onların nəzərə alınması ilə bağlı bizə məlumat veriləcəkdir. Düşünürəm ki, bu sevindirici bir haldır. Hesab edirəm ki, ölkəmizin gələcəyi üçün bu çox ciddi bir addımdır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB