“Belə görüşlərin keçirilməsinin əhəmiyyəti var” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda təşkil etdiyi konfransın keçirilməsi çox yaxşı bir haldır. 2019-cu ilin sonlarından başlayaraq ölkədə yeni siyasi konfiqurasiya yaranıb, bunun da təşəbbüskarı Cənab Prezident İlham Əliyevdir”. Bunu SİA-ya açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, yeni siyasi konfiqurasiyanın formalaşmasında və inkişafında Prezident Administrasiyasının tərkibində Siyasi partiyalar və Qanunverici hakimiyyətlə Əlaqələr şöbəsinin yaradılması əhəmiyyətli rol oynayıb. Hörmətli Ədalət Vəliyevin rəhbərliyi altında həm onun, həm də şöbə işçilərinin təşəbbüsü ilə partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib. Prezident Administrasiyasından vaxtaşırı siyasi partiya rəhbərləri ilə əlaqə saxlayırlar, ölkədə baş verən proseslər haqqında məsləhətləşmə aparırlar və bizim də fikirlərimizi öyrənirlər. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra ilk dəfə idi ki, belə bir görüş keçirilirdi. Hesab edirik ki, belə görüşlərin keçirilməsinin əhəmiyyəti var. Yəni bunu iqtidarla siyasi partiyalar arasında dialoq da adlandırmaq olar. Bir sözlə, siyasi partiya liderlərinin belə bir görüşünün keçirilməsini təqdirəlayiq hesab edirik. Bu, iqtidarla müxalif siyasi partiyalar arasında dialoqun davamlı olduğunun bariz nümunəsidir və bu, gələcəkdə də davam etdiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB