Hərbi dənizçilərimiz Bakıya qayıdıb - VİDEO-FOTO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 6-da hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə