"Onlar bilməlidir ki, zaman Azərbaycanın xeyrinə işləyir" - DEPUTAT AÇIQLADI
"Separatçı rejimin tör-töküntülərinin "müstəqillikləri"ni qeyd etməklə bağlı tədbirləri əslində fiaskoya uğrayıb. Bunu faktlar təsdiqləyir. Əsas fakt ondan ibarətdir ki, bu tədbiri onlar bayrama çevirə bilmədilər. Bir il bundan öncə hesab edirdilər ki, bu qondarma rejimin 30 illiyini çox böyük təntənə ilə qeyd edəcəklər. Bu tədbirə nəinki Ermənistanın baş naziri, nəinki indiki prezidentləri, bütün deputatları qatılacaq, həmçinin xarici ölkələrdən nümayəndələr, xüsusilə də, Fransadan, ABŞ-dan, Livandan və digər ermənilərin geniş məskunlaşıb lobbi və diasporalara malik olduğu ölkələrdən çeşid-çeşid nümayəndə heyəti gələcək, badələr qaldırılacaq, qondarma rejimin şəninə təriflər söylənəcək. Onlar məhz bunu gözləyirdilər, amma bütün ümidləri puça çıxdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu onun Ali Baş Komandanı erməni silahlı qüvvələrinə elə bir toy tutdu ki, onlara elə diz çökdürdü ki, onlar yuxularında da daha bunu görə bilmir. Bu barədə deputat öz fikirlərini belə izah edib: "İndi sönük şəkildə bir tədbir keçirmək istədilər. Sönük sözünü ona görə qeyd edirəm ki, bu tədbirə nə Ermənistanın baş naziri, nə Ermənistanın prezidenti qatıla bilməyib. Ermənistanın ancaq bir neçə deputatı gəlib, onlar da istəyirdilər ki, xal qazansınlar, müəyyən imic qazansınlar. Amma onlar da faktiki olaraq ölümdən qurtulub. Onların məskunlaşdığı hotelə ermənilərin hücumu baş verib və təhlükəsizlik xidmətinin sayəsində birtəhər canlarınə qurtarıblar. Bu da o dırnaqarası 30 illik yubileyin nəticəsidir. Bu hadisənin çox ciddi nəticələri var. Birinci nəticə onunla bağlıdır ki, daha belə tədbirlərin keçirilməsi heç vaxt baş tutmayacaq. Bu o deməkdir ki, əgər Baş nazirin gəlmirsə, prezidentin qatılmırsa, parlamentin spikeri qatılmırsa, bu cür tədbirlərin keçirilməsinin mənası yoxdur. Ona görə mənası yoxdur ki, məğlubiyyətlə barışmalı olublar. Zaman keçdikcə daha çox məğlubiyyətləri ilə barışacaqlar. Zaman keçdikcə yalvarmağa başlayacaqlar. Yalvaracaqlar ki, əməkdaşlıq yolunu seçmək istəyirik. İstəyirik ki, kommunikasiya xətlərimiz bərpa olsun, Zəngəzur dəhlizi işə salınsın, çünki məhvə məcburuq. Təsəvvür edin ki, Xankəndidə 25 minə yaxın erməni yaşayır və onların demək olar ki, elektrik enerjisi ilə təminində çox ciddi problemlər yaşanır. Onların su ilə təminatında da anoloji vəziyyətdir. Ancaq qonşuluqdakı Azərbaycan mədəniyyət paytaxtı Şuşa isə işıqlar içərisində parıldayır. Hər cür təminat artıq orada öz əksini tapıb. Müqayisə edib nəticələr çıxartmaqdan başqa yolları yoxdur. Onlar bilməlidir ki, zaman Azərbaycanın xeyrinə işləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB