Bəxtiyar Əsgərov Tacikistanın ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. Daimi nümayəndəlikdən SİA-ya bildiriblər ki, görüşdə iki ölkə arasındakı münasibətlərin və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, qardaşlaşma, mədəni, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, hər iki regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə