“Ermənistan heç vaxt beynəlxalq hüquqa və razılaşmalara əməl etməyib. Vətən müharibəsindən sonra bəzi ekspertlər düşünürdü ki, onlar nəticə çıxaracaqlar. Təəssüflər olsun ki, ermənilər heç bir nəticə çıxarmadılar. Bir sözlə, nə 10 noyabr razılaşmasına, nə 11 yanvar razılaşmasına əməl etmirlər”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Hərbi ekspert deyir ki, görünür, ermənilər yenə başlarının üzərində dəmir yumruğu görmək istəyirlər: “Hər dəfə də Azərbaycan ordusu onların cavabını verir. Amma bu sonsuza qədər belə davam edə bilməz. Ermənilər bura gəlmə xalqdır və iki əsirdir ki, burada məskunlaşıblar. Ermənilər bura köçürdüləndən sonra regionda müharibə, işğalçılıq, soyqırımı, terror, separatizm var. Bir sözlə, beynəlxalq hüququn ən ağır cinayətlərini törədiblər. Bircə yol qalır ki, erməniləri burdan köçürmək, başqa yol qalmır. Qarabağ məsələsi həll olunub, indi də sərhəddə təxribatlar törətməyə başlayıblar və bu, belə davam edə bilməz. Əgər Ermənistan bölgədə normal yaşamaq istəyirsə bütün iddialarından əl çəkməlidir. Bir sözlə, ya Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini tanımalı, təzminat verməli, terrorçuları təhvil verib, yaşamalıdır, ya da Ermənistandan burdan rədd olub getməlidir. Çünki bundan başqa yol yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB