“SƏS TV”dəki debat qalmaqala səbəb oldu

“SƏS TV”dəki debat qalmaqala səbəb oldu

ANAP sədri Abuatlıb Səmədov ADP sədri Sərdar Cəlaloğlunu məhkəməyə verir

"SƏS TV"dəki çıxışımdan sonra Sərdar Cəlaloğlu mənə növbəti dəfə böhtan atdı və ağır təhqir etdi. Bir izləyici ona yazdı ki, guya mən bu çıxışımda "Türkiyə və Pakistan Rusiyadan qorxur"-demişəm. O da nə yaşına, nə də statusuna yaraşmayacaq şəkildə məni "Rusiyanın agenti" adlandırıb, ağır dövləti cinayətdə ittiham etdi. İddia etdi ki, mən bunu Rusiyadan aldığım pullar qarşılığında edirəm. Çox təəssüf ki, bu birinci dəfə deyil”. SİA xəbər verir ki, Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədovun sözlərini pravda.az saytı yayıb.

“Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətlə bu məsələni araşdırmasını və tədbir görməsini tələb edəcəyəm”

ANAP sədri ADP-nin sədri Sərdar Cəlaloğlunun ittihamları ilə bağlı müvafiq orqanlara müraciət edəcəyini deyib və əlavə edib ki, ona qarşı irəli sürülən ittihamlar araşdırılmalı və tədbirlər görülməlidir. SİTAT: “Sərdar Cəlaloğlu hakimiyyət orqanlarını da "Rusiyanın agentləri" ilə dolu olmaqda suçladı və onların davranışını "Rusiyadan qorxmaları" ilə əlaqələndirdi. Bu vaxta kimi onun dediklərinə səbr göstərməyimə baxmayaraq, qarşı tərəfin bunu başa düşməməsini və məsuliyyətsiz bəyanatlar verməkdə davam etməsini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətlə bu məsələni araşdırmasını və tədbir görməsini tələb edəcəyəm”.

“Məhkəmə və prokurorluq orqanlarına da müraciət edib təzminat tələb edəcəyəm”

Abutalib Səmədov həmçinin qeyd edib ki, Sərdar Cəlaloğlunun ona qarşı ittihamları bu çərçivədə də başa çatmır və ADP sədri partiyası tərəfindən idarə etdiyi kanalı, həmçinin özü tərəfindən də təzminat ödəməli olacaq.

“Eyni zamanda, məhkəməyə və prokurorluq orqanlarına müraciət edib, ünvanıma söylənilən böhtan və təhqirlərə görə onun cinayət məsuliyyətinə cəlb olunmasını, özünün və telekanalının təzminat ödəməsini tələb edəcəyəm”, ANAP sədri ADP sədrinin ittihamlarına cavab olaraq bildirib.

Xatırladaq ki, hər iki siyasi partiya rəhbərləri arasında uzun müddətdir ki, qarşılıqlı ittihamlar səngimir və Sərdar Cəlaloğlu Abutalıb Səmədovu dəfələrlə Rusiyanın agenti adlandırararaq bunu siyasi polemika və debatlarda Rusiyanın mövqeyinə dəstək verməsi ilə əlaqələndirib. ANAP sədri isə ADP sədrinin ittihamlarını rədd edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə