Ararat Mirzoyan Ermənistanın xarici işlər naziri təyin edildi

Ararat Mirzoyan Ermənistanın xarici işlər naziri təyin edildi

Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə Ararat Mirzoyan Ermənistan Respublikasının xarici işlər naziri təyin edilib.

SİA-nın verdiyi xəbərə görə, fərman ER Prezidentinin rəsmi saytında dərc edilib.

Qeyd edək ki, A.Mirzoyan buna qədər Ermənistan parlamentinin sədri vəzifəsini icra edib.

Bütün xəbərlər Facebook səhifəmizdə