“Ermənilərin informasiya meydanında irəlidə görünməsi əslində görüntüdən başqa bir şey deyil”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, sadəcə problem ondan ibarətdir ki, biz doğru informasiyalarla qlobal səviyyədə fəaliyyət göstəririk, ermənilər isə dezinformasiyalarla fəaliyyət göstərir: “Biz bilirik ki, doğru nədir və həmin doğruya uyğun informasiyanı yayırıq. Eyni zamanda əks təbliğatımızı da aparırıq. Ermənilər isə oturduqları yerdən heç kimin ağlına gəlməyən yalanlar uydururlar. Biz də bu yalanlarla mübarizə aparmalı oluruq. Ona görə də elə görünür ki, informasiya müstəvisində ermənilər bizdən irəlidədir və biz onların arxasıyca gedirik. Heç də elə deyil.
Əslinə qalanda 44 günlük Vətən müharibəsi dövründə bir daha əmin olduq ki, informasiya meydanında biz onlardan daha irəlidəyik. Çünki bütün dünya ermənilərin yalanlarından artıq bezib. Hal-hazırda da həmin yalanları tirajlamaqla ermənilər uzaq perspektivdə özlərinə quyu qazırlar. Bizim həmin yalanlara təmkinlə cavab verməyimiz lazımdır. Ermənilər o tərəfdə çığır-bağır salırlar ki, Azərbaycan torpaqlarımızı işğal etdi, dağıtdı. Amma biz bu tərəfdə işğaldan azad edilmiş torpaqlarımızı bütün dünyaya göstəririk, insanları dəvət edirik. Həmin insanlar da gördüklərini yazırlar, çəkirlər, yayırlar. Biz informasiya siyasətimizi düzgün qurmuşuq. Ona görə də düşünmürəm ki, Ermənistan tərəfi informasiya siyasətində bizdən irəlidədir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB