Pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti - ŞƏRH

Prezident İlham Əliyev: “Bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram”

Koronavirus pandemiyasının başladığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev və Birnci xanım Mehriban Əliyeva bütün görüşlərdə və çıxışlarında vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağırıblar. Bildiriblər ki, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etməlidirlər. Bu gözə görünməz virusdan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılıb.Təbbi ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir.Dövlət başçısı hər çıxışında dönə-dönə vurğulayıb ki, mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub: “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.

Son günlərdə koronavirusa yoluxma sayının artması nə ilə əlaqədardır?

Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının artmasının bir neçə səbəbi ola bilər. Bunun başlıca səbəbi bütün dünya üzrə yoluxma hallarının yeni dalğasının Azərbaycana da təsirsiz ötüşməməsidir. Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirovun sözlərinə görə, buna səbəb sosial təmasın bu və ya digər şəkildə artması, daha doğrusu vətəndaş məsuliyyətsizliyidir: "Kütləvi tədbirlərin keçirilməsi zamanı insanlar arasında təmas artır. Vətəndaş məsuliyyətsizliyi yoluxmaların artmasına gətirib çıxarır. İkinci məsələ koronavirusun "Delta" variantıdır. Bildiyimiz kimi, "Delta" ştammı daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən rol oynayır. Üçüncüsü isə vaksinasiyadır. Aparılan hesablamalar nəticəsində müəyyən olunub ki, yoluxanların 99 faizi peyvənd olunmayanlardır. Bütün bu amillər yoluxmaların artmasına öz təsirini göstərir".Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti də virusal xəstəliklərin yayılması üçün münbit şərait yaradır: “Yoluxmaların artmasının ehtimal edilən üçüncü səbəbi isə getdikcə insanlarda arxayınlıq hissinin yaranması, ictimai yerlərdə və ünsiyyətlərdə qripal viruslara qarşı qabaqlayıcı tədbirlərin arxa plana atılmasıdır”.Hazırki yoluxma sayının karantin rejiminin sərtləşməsinə zəmin yaratması məsələsinə toxunan R.Mahmudov bildirib k, istənilən ölkə birillik təcrübəni də nəzərə alaraq, eyni zamanda ölkədəki səhiyyə resurslarının vəziyyəti, xəstəxanalarda, reanimasiya yataqlarındakı, süni tənəffüs aparatlarındakı doluluq səviyyəsi nəzərə alınaraq tədbirlər planı hazırlayır: “Dünyadakı birillik təcrübə onu göstərdi ki, sərt karantin rejimlərinin tətbiqindən daha çox, insanların şəxsi gigiyenik qaydalara riayət edərək qabaqlayıcı tədbirlər görməsi, eləcə də cəmiyyətin böyük bir hissəsinin virusa qarşı mübarizəyə məsuliyyətlə yanaşması müəyyən nəticə verə bilər. Amma lokal olaraq, istər ictimai iaşə obyektləri olsun, istərsə məktəblərdəki vəziyyətə görə rəqəmlər günlük analiz edildikdən sonra bəlli bir zaman içərisində operativ qərərgahın bütün aidiyyəti qurumları və ekspertlər tərəfindən müzakirə olunduqdan sonra addımlar atılır. Arzu edək ki, bundan sonrakı günlərdə bu rəqəmlər artmadan, ölkə səhiyyəsinin qaldıra biləcəyi şəkildə mübarizəni davam etdirək və ən qısa müddət çərçivəsində xəstə sayının yenidən azalmasını müşahidə edək. Amma biz hər birimiz belə bir vəziyyətdə sadəcə dövlət tərəfindən verilən qərarları və addımları gözləməməliyik. Vətəndaş məsuliyyətimizi dərk edərək bu virusa qarşı mübarizə aparmaqla həm dövlətimizə dəstək olarıq, həm də bu xəstəlikdən gələcəkdə əziyyət çəkib həyatı təhlükə yaşayacaq insanların sayının azalmasına kömək edə bilərik”.Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.

Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır

Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir. Məlumdur ki, peyvəndləmə xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün həyata keçirilir. Insanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yarada bilir. Bunulada orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və nəticədə ağırlaşmanın qarşısı alınır. Çünki vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün, xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükə yaranmır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi vardır və onların hər biri səmərəli və təhlükəsiz hesab olunur.Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək.Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, "Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə