Paşinyan Ermənistanın baş naziri təyin edildi

Yeni parlamentin iclasının ilk günü Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanı baş nazir təyin edib.

Respublika konstitusiyasına görə, prezident, yeni seçilən Milli Məclisin səlahiyyət müddəti başlayanda dərhal parlament çoxluğu tərəfindən irəli sürülmüş bir namizədi baş nazir təyin edir. Əsas Qanunda, həmçinin erkən seçkilərdə yeni seçilmiş Milli Məclisin səlahiyyət müddətinin ilk iclasının açıldığı andan başladığı da nəzərdə tutulmuşdur.

Kabinetin özü baş nazir təyin edildikdən sonra 15 gün ərzində formalaşır. Bundan sonra hökumət başçısı 20 gün ərzində kabinetinin proqramını qanunvericilərə təqdim etməlidir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə